Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Novıy Oskol
Novıy Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Novıy adası
Novıy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Bolşevik adasının şimal-şərqində, Zakrıtaya buxtasının şimal-şərqində, Pyatiuqlovka çayının mənsəbində yerləşir. Novıy adasınln şərqində Lavrov adası, cənub-şərqdə isə adsız ada yerləşir. Şərqdən qərbə doğru uzanır. Səthi hamardır. Yüksəklik yoxdur.
Ranunculus jovis
Ranunculus jovis (lat. Ranunculus jovis) — qaymaqçiçəyikimilər fəsiləsinin qaymaqçiçəyi cinsinə aid bitki növü.
Novıy mir (qəzet)
Novıy mir — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda nəşr olunan gündəlik leqal bolşevik qəzeti. == Tarixi == İlk nömrəsi 1919-cu il dekabrın 7-də, sonuncusu (59-cu) 1920-ci il fevralın 21-də çıxmışdır. Qəzetdə Azərbaycanda, Sovet Rusiyasında baş verən hadisələr, Azərbaycanın siyasi və iqtisadi vəziyyəti, fəhlə konfransının fəaliyyəti, kollektiv müqavilə uğrunda mübarizə və s. məsələlər işıqlandırılmış, Rusiya Sovet Federativ Sosialist Respublikası hökumətinin başçısı V.İ.Leninin çıxış və məqalələri dərc edilmişdir. "Azərbaycan hökumətinə qarşı mütəmadi çıxışlarına" və "hökumət əleyhinə təbliğatına" görə qəzet Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən bağlanmışdır. Aprel işğalı (1920) ərəfəsində (aprelin 24-də) qəzetin 60-cı nömrəsi Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi və Bakı Komitəsinin orqanı kimi gizli çıxarılmışdır. Dövlətin əleyhinə yönəlmiş qəzetin bu sayı, hökumətə qarşı silahlı üsyana hazırlığa həsr olunmuş, əhalini sovet hakimiyyəti uğrunda döyüşə çağırmışdır.
Bon Jovi
Bon Jovi — 1983-cü ildə ABŞ-nin Nyu Cersi əyalətində Riçi Sambora, Tiko Torres, Devid Brayan və Alek Con Saçdan ibarət olan heyəti ilə Con Bon Covi tərəfindən qurulmuş bir rok qrupu. 1994-cü ildə qrupun bass gitaristi Alek Con Saçın ayrılması istisna olmaqla, qrup təxminən 30 ildir eyni heyət ilə fəaliyyətini davam etdirir. Bon Jovi, karyerası boyunca 11 studiya albomu, 3 yığma albom və 1 də konsert (canlı) albomu yayımlamışdır. Bütün dünyada günümüzə qədər 130 milyonluq albom satışı əldə edən qrup, Şimali Amerika, Cənubi Amerika, Avropa, Asiya, Afrika və Avstraliyada müxtəlif şəhərlərdə cəmi 50 ölkədə 2700 konsert vermiş və 35 milyon adam canlı performanslarını izləmə şansı əldə etmişdir. Bon Jovi 2006-cı ildə İngiltərədə UK Music Hall of Fame tərəfindən şərəfləndirildi və İngilis Q jurnalının 2004-cü ildə hazırladığı "Bütün Zamanların Ən Böyük 50 qrupu" sıralamasında 14-cü sırada yer aldı. Qrup, 2004-cü ildə Amerikan Musiqi Mükafatlarında "Həyat Boyu Ləyaqət" mükafatı, 2005-ci ildə isə Dünya Musiqi Mükafatlarında bütün dünyada 100 milyonu keçən albom satışları səbəbiylə "Almaz Mükafatı" ilə şərəfləndirildi. Bon Jovi, 1990-cı illərdə MTV-nin reallaşdırdığı MTV Unplugged seriyalarına da ilham qaynağı olmuşdur. == Qrupun tarixi == === İlk vaxtlar === Con Bon Covi, Nyu Cersidə kiçik yerlərdə müxtəlif qruplarla birlikdə konsertlər verirdi. Qohumu Tonynin Nyu-Yorkda Power Station adını daşıyan bir səsyazma studiyası var idi. Con, 1980-ci ildə Nyu-Yorkdakı bu studiyada Tony Bongiovinin yanında işə başladı.