Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Enişima
Enoşima (yap. 江の島) — vulkan məşəlli, Saqami körfəzində Katase çayı deltasında yerləşən ada. Enişima İokaqamadan 20 km, Tokiodan 50 km məsafədə yerləşir. Şintoizmə aid məbəd yerləşir Ada inzibati cəhətdən Fucisava şəhəri Katase rayonu ərazisinə daxildir. 1964-cü ildə keçirilən Yay Olimpiya oyunları cərcivəsində keçirilən Yelkənli qayıqların yarışması ada ətrafında həyata keçirilmişdir. Bu məqsədlə hətta adada "olimpiya kəndi" inşa edilir]].. 2020-ci ildə keçiriləcək Yay Olimpiya oyunları zamanı Olimpiya kəndi yerləşməsi düşünülür. Enoşima adası Tokio sakinlərinin yay istirahət məkanıdır.
Epistema
Epistema — fəlsəfə tarixindəki ümumi istifadəsiylə, məlumat mənasını verməkdədir. Fəlsəfənin alt qaynaqlarından biri olan epistemalogiya da epistema anlayışından gəlir. Epistemalogiya epistema və loqos terminlərinin birləşməsindən yaranır.
Eritema
Eritema — yanaqlarda və burunda müşahidə edilən, gül şəklində olub sızanağa bənzəyən dəri xəstəliyidir.
Düyünlü eritema
Düyünlü eritema (ing. eritema nodosum) – pannikulitin bir növüdür, daha çox 20–45 yaşlı qadınlarda, hiperemiyalı, ağrılı, müxtəlif ölçülü düyüncüklərdir, dərialtı piy toxumasının geniş yayılmış kəskin iltihabıdır. Dəri əvvəl çərhayı və qırmızı, sonra isə qəhvəyi və göyərmiş olur. Ən çox aşağı ərtaflarda (baldırın ön səthində) olur. Bakteriya və göbələk infeksiyaları, vərəm, sarkoidoz, BİX və xərçəng kimi xəstəliklərin ilk əlaməti ola bilər. Əsas xəstəliklə əlaqədar yarandıqda halsızlıq, qızdırma, çəki itirmə, öskürək və sümüklərdə ağrı olur. Sağalma 4–6 həftə ərzində, nadir hallarda xora yarana bilər, miqrasiyə edən formaları illərlə gedə bilər.
Mentha hirsuta var. legitima
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.