Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jeanne Calment
Jeanne Calment (21 fevral 1875, Arl, Fransa – 4 avqust 1997[…], Arl, Fransa) — tarixdə dünyanın ən uzunömürlü sakinlərindən biri. Jeanne Calment 122 il 164 gün yaşayıb. Dünyada ən çox yaşamış insan adını alan Jeanne Calment vəfatına qədər siqaret və içkidən də istifadə edib. O, uzunömürlü olmasının sirrini zeytun yağından istifadə etməkdə görürmüş. Zeytun yağından həm yeməklərdə, həm içki, həm də bədən yağı kimi istifadə edirmiş.
Alişa Lemann
Alişa Lemann (21 yanvar 1999, Tagertsçi[d], Bern kantonu[d]) — hücumçu kimi çıxış edən İsveçrə əsilli futbolçu. == Karyerası == === Klub karyerası === Alişa futbol həyatına Konolfingen FK-nin gənclər komandasında başlayıb. 2016-cı ildə BSC YB Frauenə keçdi. Buradakı iki mövsümdən sonra o, 2018-ci ildə FA WSL komandalarından biri olan Vest Hem Yunaytedə transfer olundu. "Vest Hem"in meneceri Mett Beard İsveçrənin ev sahibliyi etdiyi 2018-ci ildə 19 yaşadək qızlar arasında UEFA Çempionatında Lemannın çıxışından heyran qaldığını bildirib. 2019-cu ilin aprel ayına qədər o, Vest Hem forması ilə səkkiz qol vurmuşdu. O, komandasının FA Qadınlar Kubokunun finalına yüksəlməsinə böyük töhfə verdi və Vest Hem ilə müqaviləsini uzatdı. Daha sonra "Everton"a transfer olundu. Hal-hazırda Aston Villada oynayır. == Şəxsi həyatı == Lemann lezbiyandır.
Junulara E-Semajno
Beynəlxalq Esperanto Həftəsi (esp. Junulara E-Semajno, JES) — Polşa və Almaniya esperanto gənclik təşkilatlarının təşkil etdiyi və Yeni İl ərəfəsində keçirilən gənclərin esperanto yığıncaqları. İlk belə görüş 2009–2010-cu illər arasındaki Yeni İl həftəsində Zakopane şəhərində keçirildi, ikincisi isə 2010–2011-ci illərdə Burq şəhərində baş tutdu. Beynəlxalq Esperanto Həftəsi yeni il ərəfəsində keçirilən iki gənc esperanto görüşlərinin birləşdirilməsi ilə yarandı, onlar polyak Fəaliyyət Həftəsi (AS) və alman Beynəlxalq Seminar (İS) idilər. 2008/2009 mövsümü hər iki tədbir üçün sonuncu oldu, bu İS üçün 52-ci mövsüm, AS üçün isə 7-ci idi. Təşkilatçılar Beynəlxalq Esperanto Həftəsinin hər il bir həftə ərzində Mərkəzi Avropanın müxtəlif yerlərində keçirməyi planlaşdırmışdılar. == Adı == JES abreviaturundaki "E" hərfi "Esperanto" mənasını verir, lakin E@I təşkilatıyla olduğu kimi eyni zamanda Avropa və təhsili (esp. Edukado) də simvollaşdıra bilər. Buna görə Junulara Esperanto-Semajno əvəzinə Junulara E-Semajno adının istifadəsi əsl mənaya daha yaxındır. Bundan başqa, esperanto dilində JES müsbət ədat kimi işlənir, yəni azərbaycan dilindəki "bəli" sözü kimi.
Henrix Lemann-Villenbrok
Henrix Lemann-Villenbrok (11 dekabr 1911, Bremen – 18 aprel 1986, Bremen) — Alman dəniz zabiti və İkinci Dünya Müharibəsi dövründə U-boot komandiri. İkinci Dünya Müharibəsinin başlamasından beş ay əvvəl, Seekadett rütbəsində, 1931-ci ilin aprelində Reichsmarineə daxil oldu. 1931-ci ilin oktyabrında Dənizçilik Akademiyasının kursantı oldu. 1 aprel 1935-ci ildə leytenant rütbəsi aldı. U-8 sualtı gəmisində köməkçi zabit vəzifəsini icra etdikdən sonra kapitan vəzifəsinə yüksəldildi və 1939-cu ilin aprelində sualtı donanmaya transfer edildi. 1939-cu ilin dekabrında U-5 komandanlığını aldı. 1940-cı ilin payızında VIIC tipli sualtı qayıq U-96-ya komandanlıq etdi. 23 oktyabr 1944-cü ildə Norveçin Bergen şəhərinə gəldi. Orada Flottillenchefə təyin edildi. Dekabr ayından Almanların təslim olduğu 9 may 1945-ə qədər Norveçdə 11-ci Unterseebootsflottilledə xidmət etmişdir.