Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zabaykal diyarı
Zabaykal diyarı (rus. Забайкальский край) — Rusiya Federasiyasının subyektlərindən biri.
Zabaykal Kazak Respublikası
Zabaykal Ağ Respublikası (bəzi mənbələrdə Zabaykal Respublikası, Zabaykal Kazak Respublikası)— Rusiya vətəndaş müharibəsi dönəmində Zabaykal ərazisində Ağların təşkil etdikləri və 1918 ildən 1920 ilə qədər idarə etdikləri dövlət. 25 avqust 1918-ci ildə Çita Sovet hakimiyəti mövcudluğunu itirir. Burada menşevik İ. A. Baksberq, eser S. О. Volodoqski, kadet N. L. Ananin, sosialist K. S. Şreyer və başqaları olmaqla yeni hakimiyyət orqanı olan Müvvəqqəti Sibir hökuməti qurulur. Burada sovetlərin həyata keçirdiyi bütün tədbirlər ləğv edilir. 14 sentyabr 1918 ildə ataman Qriqori Mixayloviç Semyonov Çitaya gəlir. Yaponların dəstəyi ilə onun vahid hakimiyyətə can atması yüksəlir. O, ayrılmış Şərqi Sibir ordusunun komandanı təyin edilir. Ordu atamanı vəzifəsini alır. 9 iyun 1919-cu ildə Aleksandr Kolçakın nümayədəsi və bölgədə sakit-sabitliyin təminatçısı vəzifəsi ilə şərəfləndirilir. Semyonov şəxsi baxımından digər patiyalara müsbət yanaşmasada çox partiyalığa imkan verməli olur.