Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anastasiya Davidova
Anastasiya Davidova — Rusiyalı sinxron üzgüçü. Anastasiya Davidova 2004, 2008 və 2012-ci illərdə 5 dəfə Olimpiya Oyunlarının qızıl medalını qazanmışdır. Anastasiya Davidova həmçinin 13 qat Dünya və 7 qat Avropa Çempionatının qızıl medalçısıdır. Anastasiya Davidova 2005-ci ildə "Dostluq" ordeninə, 2009-cu ildə "Şərəf" ordeninə, 2012-ci ildə isə "Vətənə xidmətə görə" 4-cü dərəcəli ordenə layiq görülmüşdür. == Həyatı == Anastasiya Davidova 2 fevral 1983-cü ildə Rusiyanın Moskva şəhərində anadan olmuşdur. Anastasiya Davidova 2000-ci ildən idman ilə məşğul olur. == Karyerası == Anastasiya Davidova birinci uğurunu 2000-ci ildə qazandı. O Finlandiyanın Helsinki şəhərində Avropa Çempionatında qızıl medal qazandı. 1 ildən sonra isə o 2001-ci ildə Dünya Çempionatında qızıl və gümüş medal qazandı. Elə həmin ildə Berlində karyerasında 3-cü dəfə Avropa Çempionu adını qazandı.
Lyudmila Davıdova
Lüdmila Petrovna Davıdova (qızlıq soyadı Şlyaxtur; 29 mart 1939, Tula — 25 dekabr 1996, Moskva) — sovet kino və teatr aktrisası.
Lüdmila Davıdova
Lüdmila Petrovna Davıdova (qızlıq soyadı Şlyaxtur; 29 mart 1939, Tula — 25 dekabr 1996, Moskva) — sovet kino və teatr aktrisası.
Marketa Davidova
Marketa Davidova (3 yanvar 1997, Yablonets-nad-Nisou[d], Severoçeşski diyarı[d]) — Çexiyalı biatlonçu. Marketa Davidova Çexiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Marketa Davidova birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında qadınlar 7.5 km məsafəyə sprint yarışlarında iştirak etdi. Davidova 22:03.3 saniyəlik nəticəsi ilə 87 atlet arasında 15-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Valeriya Davidova
Valeriya Davidova (d. 15 dekabr 1997) — Özbəkistanı təmsil edən bədii gimnast. Valeriya Davidova, 2016-cı ildə Özbəkistanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Valeriya Davidova, 2016-cı ildə Özbəkistan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Samirə Əmirova, Luiza Qəniyeva, Zarina Qurbanova və Marta Rostoburova ilə birgə təsnifat mərhələsində 31.116 xal topladı və 12-ci yeri tutaraq mübarizəni dayandırdı.
Vəsilə Zahidova
Zahidova Vəsilə Alı qızı (10 mart 1922, Yuxarı Şilyan, Göyçay qəzası – 2 may 2005, Ucar) — pambıqçı, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Zahidova Vəsilə 10 mart 1922-ci ildə indiki Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuşdur. Ali təhsillidir. Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1952-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. 1943-1954-cü illərdə inzibati idarələrdə işləmiş, Boyat kənd sovetinin sədri olmuşdur. 1954-cü ildən 1983-cü ilədək "Sovet Azərbaycanı" kolxozunun sədri işləmişdir. 1960-cı illərdə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin (5,7,9-cu çağırış) deputatı olmuşdur. 2 dəfə "Lenin" ordeni, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.