Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zaviyə
Zaviyə — İranın Mərkəzi ostanının Zərəndiyə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 6,141 nəfər və 1,624 ailədən ibarət idi.
Zaviyyət-Kunta
Zaviyyət-Kunta (ərəb. زاوية كنتة‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, Böyük Səhranın mərkəzi vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1090 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir.Zaviyyət-Kunta kommunası Tinduf vilayətinin Tamest, İn-Zqmir, Timokten və Umm əl-Assel kommunaları ilə həmsərhəddir. Sahəsi 9140 km2-dir. == Əhalisi == 2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 17,116 nəfər idi. Kişilər əhalinin 49,99%-i, qadınlar isə 50,01%-i təşkil etmişdir. Əhalinin savadlılıq səviyyəsi 73,3% olmuşdur. Zaviyyət-Kunta sakinlərinin 6.5% ali təhsilli olub, 14,8%-i orta təhsillidir.
Avisen gürzəsi
Avisen gürzəsi (lat. Cerastes vipera) — Buynuzlu gürzələr cinsinə daxil olan zəhərli ilan növü. Yarımnövlərə ayrılmır. == Təsviri == Bu növün ümumi uzunluğu 50 sm təşkil edir. Başları enli və düz, bədənləri isə kökdür. Göz ətrafında buynuzvarı pulcuqlara sahib deyildir. Bədəninin yan hissələrində olan pulcuqlar xırdadır. Bədəninin ümumi rəngi qumlu-qonurdur. Quyruğunun sonu qara rəngdədir. == Ekologiya == Ədsasən qumlu səhralarda yaşayır.
Zaviyə mədrəsəsi
Zaviyə mədrəsəsi — Naxçıvan şəhərində bu günə qədər salamat vəziyyətdə gəlib çatan orta əsr təhsil mərkəzlərindən Zaviyə-mədrəsə binası nəinki Naxçıvan şəhərinin, ümumiyyətlə bölgə əhalisinin təhsilində mühüm rol oynamışdır. == Yerləşdiyi ərazi və toponimin izahı == Bu təhsil mərkəzi hazırda şəhərin Heydər Əliyev prospekti ilə Təbriz küçəsinin kəsişdiyi yerdə, Zaviyə məhəlləsində yerləşir. Ərəbcə “guşə”, “künc”, “bucaq” mənasını verən “zaviyə” orta əsrlər zamanı müsəlman Şərqində fəaliyyət göstərən sufı təriqətlərinə mənsub məskənlərin adlarından biridir. Xanəgahlar kimi zaviyələrdə də ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamış və ətraflarına müridlər toplayaraq öz ideyalarını yaymışlar. Orta əsrlərdə Naxçıvanda mövcud olan bəzi təriqət tərəfdarları məscidlərə getmir, özləri üçün ayrıca təkyələr, zaviyələr tikir, orada yaşayır və zikrlə məşğul olurdular. Hürufi təriqətçiləri belə zikr yerlərini xanəgah, bəktaşi və nəqşibəndilər isə zaviyə adlandırırdılar. == Memarlıq quruluşu == Zaviyə mədrəsəsinin binası ilk baxışdan düzbucaqlı formada görünsə də mürəkkəb memarlıq quruluşuna malikdir. Bina yerdən 1 metr hündürlükdəki kürsülük üzərində yerləşdirilmişdir. Ümumi sahəsi 212 m²-dir. Binanın divarlarının qalınlığı 0,9 - 1,5 metr arasında dəyişsə də əsas qalınlıq 90 sm-dir.
Zaviyə məscidi
Zaviyə məscidi — Naxçıvan şəhərində Heydər Əliyev prospekti və Təbriz küçəsinin kəsişdiyi yerdə, Zaviyə məhəlləsində tarixi-memarlıq abidəsi. == Tarixi == Ərəbcə guşə, künc, bucaq mənasmı verən zaviyə sufi təriqətlərinə mənsub məskənlərin adlarmdan biridir. Xanəgahlar kimi zaviyələrdə də ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamış və ətraflarma müridlər toplayaraq öz ideyalarmı yaymışlar. İslam dininin yarandığı ilk yüzilliklərdə xristian ra- hiblərinin hücrələrini, kiçik müsəlman məscidlərini və ya ibadətxanalarmı da zaviyə adlandırırdılar. Məğrib ölkələrində zaviyə məsciddən, məktəbdən, övliya məqbərəsindən, mehmanxanadan ibarət dini binalar kompleksi kimi fəaliyyət göstərirdi. Sonralar Şimali Afrika övliyaları öz şagirdləri və ardıcılları ilə birlikdə yaşadıqları binaları da zaviyə və ya ribat adlandırmağa başladılar. Ümumiyyətlə, orta əsrlər zamanı zaviyə sufı qardaşlıqları ardıcıllarmm məskənlərinin adlarmdan biri olmuşdur. Onlar həm də ayin və mədəni-maarif mərkəzləri sayılırdı. Orta əsrlərdə Naxçıvanda mövcud olan bəzi təriqət tərəfdarları məscidlərə getmir, özləri üçün ayrıca təkyələr, zaviyələr tikir, orada yaşayır və zikrlə məşğul olurdular. Hürufı təriqətçiləri belə zikr yerlərini xanəgah, bəktaşi və nəqşibəndilər isə zaviyə adlandırırdılar.
Zaviyə (Livya)
Zaviyə Liviyanın şimal-qərbində yerləşən şəhərdir. Tarixi Tropolitaniya bölgəsində, Tripolinin təxminən 47 km (29 mil) qərbində ,Aralıq dənizinın Liviya sahillərində yerləşir. Zaviyə, Zaviyə rayonunun mərkəzidir. == Haqqında == 1973 və 1984-dəki Liviya əhali siyahıya almalarında, şəhərin əhalisi 91.603 idi. Əhaliyə görə (Tripoli,Benqazi , Misrata və Baydadan sonra) Liviyanın ən böyük beşinci şəhəridir .2011-də Zaviyə rayonunun təxminən 200.000 əhaliyə sahip olduğu təxmin edilirdi bunların çoxu şəhər əhalisi idi. Zaviyə şəhərinin 1988-də qurulan Al Zawiya Üniversiteti adında bir üniversiteti vardır . Şəhərin yaxınında neft sahəsi yerləşir və Zaviyə, Liviyanın ən önəmli iki neft rafinəsindən birinə sahib. Zaviyə ilk dönəmdəki ən şiddətli döyüşlərdən bəzilərinin yaşandığı yeriydi. Çünki Zaviyənin yerləşdiyi yer Tripoli və Tunis sərhəddi arasındakı maşruta nəzarət etməyə imkan verən bir yerdir. == İqlim == Zaviyə quru tropik bir iqlimə sahibdir.
Zaviyə (ibadətgah)
Zaviyə (ərəb. زَاوِيَةٌ‎) — hücrə, sufilərin ibadətgah yeri, İslam dini məktəbi. == Tarixi == Əvvəlcə zəviyə məsciddə və ya oradakı otaq adlanırdı, burada müsəlmanlara ərəb dili ilə yanaşı Quran oxumaqda öyrədilirdi.12-ci əsrdən, təsəvvüf qardaşlıqları (tarikatlar) yarandıqdan sonra, zaviyə onun tələbələrinin (müridlərin) təhsil aldıqları ruhani müəllimin (şeyx, mürşidin) iqamətgahı adlandırılmağa başladı. Orta əsrlərin sonlarında Şimali Afrikada zaviyələr istənilən tariqənin “təşkilati strukturun əsas vahidinə çevrilir”. Onlar “kiçik məscid, şeyx və müridlər üçün yaşayış yeri, həmçinin səyyahlar (dərvişlər) üçün sığınacaq da daxil olmaqla mürəkkəb bir quruluşdur”. == İstinadlar == == Ədəbiyyat == Али-заде А. А. Завия // Исламский энциклопедический словарь. — М. : Ансар, 2007. — ISBN 978-5-98443-025-8. (CC BY-SA 3.0) Гогиберидзе Г. М. Исламский толковый словарь. — Ростов н/Д.: Феникс, 2009.
Əz-Zaviyə Döyüşü
Əz-Zaviyə döyüşü — Liviya vətəndaş müharibəsi dövründə keçən döyüşlərdən biri. == Xronoloqiya == 24 fevral 2011-ci il — Əz-Zaviyədə küçə döyüşləri başlayır. 27 fevral — İnqilabçılar Əz-Zaviyə şəhərini ələ keçirirlər 1 mart — Qəddafinin tərəfdarları gecə Əz-Zaviyə şəhərini Tanklar və Artilleriyadan bombalayırlar. Şəhər uğrunda döyüşlər gedir. Şəhər inqilabçılarda qalır 4 mart — Qəddafinin tərəfdarları Əz-Zaviyəyə yenidən hücüm edirlər. Şəhərin qərb və şərq girişlərini Qəddafi ordusu tutur. 5 mart – Əz-Zaviyə uğrunda döyüşlər davam edir. Səhər dövlət ordusu şəhərə iki tərəfdən hücüm edirlər, tanklar şəhərin mərkəzini bombalayırlar. Döyüşlər getdikcə şəhərin mərkəzinə keçirlər. 6 mart — Liviyanın telekanallarından biri Əz-Zaviyənin hökumət ordusu tərəfindən götürüldüyü barədə məlumatlar yayır 9 mart — Şəhərin 95% nı hökumət ordusu idarə etdiyi haqda xəbərlar yayılır, onlar inqilabçıların olduğu şəhərin mərkəzin ələ keçirirlər.
Birinci Əz-Zaviyə Döyüşü

Əz-Zaviyə uğrunda döyüş