Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aqrız
Əgerce və ya Aqrız (tatar. Әгерҗе; rus. Агрыз) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Rene Maqrit
René François Ghislain Magritte (fransız: [magʁit]; 21 noyabr 1898[…], Lessin[d], Eno – 15 avqust 1967[…], Sxarbek[d]) Belçika əsilli sürrealist rəssamdır. O sürrealist üslubda insanları düşünməyə vadar edən ecazkar və sirli rəsmləri ilə məşhurlaşmışdır. == Həyatı == René Magritte 1898-ci ildə Belçikanın Lessines şəhərciyində dünyaya göz açmışdır. Atası dərzi, anası isə qadın papaqçısı olan Magrette-in ilk gənclik illəri haqqında çox az məlumat mövcuddur. O ilk rəsm dərslərinə 1910-cu ildə getməyə başlamışdır. 1912-ci ilin mart ayında onun anası özünü çaya ataraq intihar etmişdi. Daha əvvəllər də intihara cəhd edən anasına atas bir neçə dəfə mane olmuş, onu öz otağında günlərlə bağlı saxlamışdı, lakin bir gün o bu bağlı otaqdan çıxa bilir və günlərlə itkin düşür. Sona onun cəsədi çaydan tapılır. Deyilənə görə, 13 yaşlı Magritte anasının cəsədi sudan çıxarılanda orda imiş, lakin daha sonrakı araşdırmalar bu hadisəni inkar edir. Anasının intiharının Rene-nin yaradıcılığına olduqca böyük təsiri olduğu irəli sürülür.