Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sadatlı
Sadatlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd qədim yaşayış maskanlarindan biridir. Bunu etrafındakı köhnə qabi ristanlıqlar sübut edir. Hazırkı kandin tamalini taxminan 250 il bundan avval Lerikin Şivlə kəndindən gəlmiş Sadat adlı şəxs qoymuşdur. Odur ki, kand Sadatlı adlanır. Çox keçmir ki, Ərdəbildən Yardımlının Şilavanga kandina kö çüb gələn Nagdili və Dəmirçili tayfalarından bir neçə çox Sadathya galit vo burada məskunlaşır. Bu tayfaların nümayəndələri hazırda Cəlilabadi Alagar, Yeddibulaq, Qamışlıgöl, Musali va s kandlarinda da yaşayır. Kond Burovar sıra dağlarının şərq ətəyində, Cəlilabaddan 17 km aralıda yerləşir. Sadatli qərbdən meşə ərazisi, şimal-qərbdən Yeddibulaq, cənubdan Kahrizbulaq va şərqdən Qamışlıgöl kandila hamsarhoddir. Kond tarixan maldarlıq va aking liklə məşğul olmuşdur.
Zazaki
Zaza dili — şimal-qərbi yarımqrupa daxil olan İran dillərindən biri. Türkiyədə yaşayan Zazalar arasında yayılmışdır. Bu dildə əsasən Şərqi Anadoluda, Fərat və Dəclə çaylarının mənsəbləri arasındakı ərazilərdə, Tuncəli, Ərzincan, Bingöl, Sivas, Ərzurum, Varto, Elazığ, Diyarbəkir, Sivərək, Adıyaman vilayətlərində, eləcə də müəyyən qədər Malatyanın, Mardinin, Mutkinin, Ağsarayın kəndlərində danışırlar.
Zakir Sadatlı
Zakir Sadatlı (Zakir Əmin oğlu Aslanov) — yazıçı-telejurnalist, şair, ssenarist publisist. 2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2004-cü ildən Avropa Yazıçılar Birliyinin üzvü. == Həyatı == Zakir Sadatlı 1961-ci ildə qədim Həməşərinin (indiki Cəlilabad şəhəri) Sadat yurdunda (Sadatlı kəndi) dünyaya gəlmişdir. 1978-ci ildə qonşuluqda olan Privolni kənd orta məktəbini bitirmişdir. 1979-1981-ci illərdə ordu sıralarında olarkən hərbi xidməti borcunu Əfqanıstanda yerinə yetirmişdir. 1982-1987-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil almışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində (1990-1993-cü illərdə) Qarabağda ön cəbhədə olmuşdur. 1993-2010-cu illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-də “Hərbi vətənpərvərlik və salnamə” redaksiyasının redaktoru, böyük redaktoru, sonralar Azərbaycan Radiosunun “Gənclik və idman” redaksiyasında baş redaktor müavini vəzifələrində işləmişdir. 2010-2013-cü illərdə Azərbaycan Dövlət Radiosunda çalışmışdır. 20-dən artıq sənədli filmin, hərbi-vətənpərvərlik mövzusunda yüzlərlə filmin və radioverilişlərin ssenari müəllifi olub.
Vadati-Beniof zonası
Beniof zonası - Yerin litosfer qatından başlayaraq mantiya qatında davam edən zonadır. Yarıq müstəvilərinnin meyli okeanlardan qitələrə doğru olur. Beniof zonası çox dərin (600–700 km) fokslu zəlzələ ocaqları və aktiv vulkan fəaliyyəti ilə səciyyələnir. Bu zona üzrə subduksion proses baş verir, yəni okean qabığı plitələri qitə plitələri altına batır. == Həmçinin bax == Yerin quruluşu == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.