Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zakari Teylor
Zakari Teylor (ing. Zachary Taylor; 24 noyabr 1784, Barbursvil, Virciniya, ABŞ — 9 iyul 1850, Vaşinqton, Kolumbiya Federal Dairəsi, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 12-ci prezidenti (1849-1850), peşəkar hərbçi. Onu bəzən apolitik (siyasətdən kənar) prezident də adlandırırlar. Doğrudan da C.Vaşinqton və E.Cekson kimi Zakari Teylor da hərbdə qazandığı uğurlardan siyasi karyera qurmaq üçün istifadə etmişdir. Onun şəxsində ilk dəfə olaraq peşəkar əsgər Ağ Evin sahibi olmuşdur. 1846-1848-ci illər ABŞ-Meksika müharibəsində ABŞ ordusuna komandanlıq etmiş və Meksika ordusu üzərində bir neçə əhəmiyyətli qələbə qazanmışdır. 1912-ci ildə Vudro Vilsonun prezident seçilməsinədək cənub ştatlarından seçilən son prezident olmuşdur. Zakari Teylor 1850-ci ildə qastroenteritdən vəfat etmişdir. 1991-ci ildə onun qalıqlarının kimyəvi təhlili zamanı arsenlə zəhərləndiyi barədə iddialar öz təsdiqini tapmamışdır. == Erkən həyatı == Zakari Teylor 24 noyabr 1784-cü ildə Virciniya Ştatının Orinc dairəsində anadan olmuşdur.