Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Otkrıtıy adası
Otkrıtıy adası — Şimal Torpağı arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Qırmızı Ordu boğazının mərkəzi hissəsində Qusinnıy yarımadasından 100 m qərbdə (Oktyabr İnqilabı adası) yerləşir. Adadan 3 km şimalda Komsomoles adası yerləşir. Oktyabr İnqilabı adası ilə birlikdə Tixaya buxtasını əmələ gətirir. Buxta ondan cənubda yerləşir. == Təsviri == Şimaldan cənuba doğru uzanır. Uzunluğu 2,3 km, eni isə 800 m təşkil edir. Adanının sahilləri əsasən hamardır. Maksimal hündürlük 17 metrdir.
Skrıtıy adası
Skrıtıy — Şərqi Sibir dənizində yerləşən Anju adaları qrupuna daxil olan elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiyanın Bulunski ulusu ərazisinə daxildir. Bunqe Torpağı yarımadasının yaxınlığında Draqosennaya buxtasında yerləşir. Şimal-qərbdən cənub-şərqə uzanmış formadadır. Maksimal hündürlüyü 7 metr təşkil edir. Ada çoxlu sayda qollarda bölünmüşdür. Daxilində kiçik göllər vardır.
Zabıtıy (ada)
Zabıtıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarınin Taymır rayonu ərazisinə daxildir. Laptevlər dənizində, arxipelaqın mərkəzində, Bolşevik adasının şimal-qərbində yerləşən Baranov burnundan 400 metr şimalda yerləşir. Aypara formasına malikdir. Yüksəkliyi yoxdur. Sahilləri düzənlikdir.