Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Laləcin
Laləcin (yerli xalqın tələffüzü ilə Ləlin) — İranın Həmədan ostanının şimalındakı Bahar şəhristanının Laləcin bəxşində yerləşən şəhər, həmin bəxşin inzibati mərkəzi. Həmədandan 20 km., Bahardan 9 km. məsafədə yerləşir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən nüfusu 14,724 nəfərdir. Əhalisi əsasən Azərbaycan türklərindən ibarətdir. Laləcin Yaxın Şərqdə keramika və dulusçuluğun mərkəzi kimi tanınır. Laləcin əhalisinin böyük əksəriyyəti bu sənətlə məşğuldur.
Qalenit
Qalenit (qurğuşun parıltısı) – PbS — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Selenli qalenit; svinçak – narındənəli bütöv sıx kütlələr. == Xassələri == Rəng – qurğuşunu-boz; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – güclü, metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 7,4-7,6; Sərtlik – 2-3; Ayrılma – kub üzrə tam mükəmməl; Sınıqlar – pilləvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; Morfologiya – kristallar: heksaedrik, heksaoktaedrik, hərdənbir oktaedrik, bəzən skelet formalı, İkiləşmə: təmas və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: dənəvər kütlələr, druzalar. == Mənşəyi və yayılması == Skarn yataqlarında, bəzən püruzlar şəklində qələvi süxurlarda və peqmatitlərdə qeyd olunur. Qalenitin mineraloji əhəmiyyət daşıyan aqreqatlarına vulkanik qazlardan əmələ gələn məhsullar içərisində rast gəlinir. Geniş yayıldığı hidrotermal yataqlarda başqa sulfidlərlə birlikdə damarlar, metasomatik filiz cisimləri və püruzlar əmələ gətirir. Mühüm sənaye əhəmiyyətli toplularına polimetal və kolçedan-polimetal yataqlarında rast gəlinir. Sfaleritlə birlikdə karbonat süxurlarında iri filiz cisimləri əmələ gətirir. Nadir hallarda fosforit və pirit konkresiyalarında müşahidə edilir.
Laləcin bəxşi
Laləcin bəxşi (fars. بخش لالجین‎) — İranın Həmədan ostanının Bahar şəhristanında bəxş. Əhalisi 2006-cı il əhalinin sıyahıya alınmasına əsasən 10 635 ailədə 44 568 nəfərdir. Bəxşin iki şəhəri (Laləcin və Mühaciran), iki dehistanı (Mühaciran dehistanı və Sufalqaran dehistanı) var.