Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zamua
Zamua – Azərbaycan ərazisində, mərkəzləşmiş Manna dövlətindən qabaq mövcud olmuş kiçik çarlıqlardan biri. Zamuanın adı ilk dəfə II Adadnerari (e.ə. 911–891) yazılarında zəbt etdiyi dövlətlər sırasında çəkilir. Artıq e.ə. IX əsrin əvvəlində burada bütün Zamuanı, yaxud hər halda onun xeyli hissəsini əhatə edən birləşmə əmələ gəlir, onun başında Daqara vilayətinin tayfa başçısı Nur-Adad dururdu. Daqara vilayətn şimal-şərq və şərq ölkələrinin bir növ qapısı idi, buna görə də assurlar onu işğal etməyə xüsusi maraq göstərirdilər. E.ə. 881-ci ildə Zamua üzərinə yeriyən II Aşşurnasirapal (e. ə. 883–859) məlumat verir ki, zamualılar istilaçıların yolunu kəsmək üçün Babit aşırımında (indiki Dərbəndi Bazian) müdafiə divarı hörmüşlər.
Olesya Zamula
Olesya Zamula (17 fevral 1984, Riqa) — 1999–2005-ci illərdə Latviyanı, 2007–2012-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi. == Karyerası == Olesya Zamula Latviya yığmasının heyətində mübarizə apardığı 1999-2005-ci illərdə altı beynəlxalq turnirdə mübarizə apardı. 2003-cü ildə Riqa şəhərində (Latviya) baş tutan Avropa Çempionatında yeddinci pillənin sahibi olan Olesya Zamula digər turnirlərdə ciddi nəticələrə nail ola bilmədi. 2007-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Olesya Zamulanı Azərbaycan yığmasının heyətinə dəvət elədi. Həmin illərdə Azərbaycanda qadın güləşçilərdən ibarət yığma yeni-yeni formalaşdırılırdı. Olesya Zamula həmin dəvəti qəbul elədi və 2007-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı. 2007-ci ilin avqustunda Sofiya şəhərində (Bolqarıstan) D. Kolov - N. Petrov beynəlxalq turnirində beşinci pillənin sahibi olan Olesya Zamula, sentyabrda Azərbaycanda baş tutan Dünya Çempionatını yeddinci pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu. 2008-ci ilin aprelində Finlandiyada Avropa Çempionatını və iyununda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirlərini beşinci pillədə başa vuran Olesya Zamula, avqustda Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında uğursuzluqla üzləşdi. Olimpiadanın 1/8 final mərhələsində Yaponiya nümayəndəsi Kaori İçoya 0:2 (0:2, 0:4) hesabı ilə məğlub olan Olesya Zamula, təsəlliverici qrupda ABŞ nümayəndəsi Randi Millera da 0:2 (0:2, 0:4) hesabı ilə məğlub oldu və olimpiadanı 16-cı pillədə başa vurdu. İlin sonunda Yaponiyada baş tutan Dünya Çempionatını isə Olesya Zamula beşinci pillədə başa vurdu.
Çukot-kamçat dilləri
Çukot-kamçat dilləri — Şimal-şərqi Sibirdə dil ailəsi. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Mənbə == Чукотско-камчатские языки — статья А. П. Володина в сборнике «Языки мира: Палеоазиатские языки». М., 1997.