Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xanbulaq
Xanbulaq (dağ) — Göygöl rayonunda dağ. Xanbulaq (çay) — Göygöl rayonunda çay. Xanbulaq (Gəncə) — İndiki Xoşbulaq Xanbulaq (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Xanbulaq (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd.
Yanbulaq
Yanbulaq (Miyanə)
Zanbaq
Zanbaq (lat. Lilium) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinə aid bitki cinsi. Qədim zamanlardan bəri Aralıq dənizi boyunca yayılmışdır. Dünya florasının tərkibində fəsilənin 240 cinsi və 4000-ə qədər növü yayılmışdır. Fəsiləyə daxil olan növlərə dünyanın hər yerində rast gəlmək olar. Bu növlər kökümsovlu, soğanaqlı və kök yumrusuna malik olan çoxillik otlardır. Fəsiləyə daxil olan soğan, sarımsaq, qulançar, çiriş və s. yeyinti, asırqal (çöpləmə), novruzçiçəyi, əzvaydan müalicə, tülpan, zanbaq və s. isə bəzək kimi istifadə olunur.
Canbulaq (Bükan)
Canbulaq (fars. جانبلاغ‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 174 nəfər yaşayır (37 ailə).
Canbulaq Rzayev
Canpolad Rzayev (26 fevral 1968, Ağdam rayonu – 26 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 1968-ci il 26 fevral Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olmuşdur. Burada Əhmədavar kənd orta məktəbini bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılan Canpolad raket qoşunlarında xidmət etdi və leytenant rütbəsi almışdı. Qarabağ müharibəsi başlayanda o, könüllü olaraq vətənə döndü. Xramort, Xanabad, Əsgəran, Qarakənd uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşurdu. 26 fevral 1992-ci il Xocalıdan gələn xəbər ona yaman təsir etmişdi…erməni vəhşiləri Xocalı şəhərində Rusiyaya məxsus 366-cı moto-atıcı alayla birlikdə dinc sakinləri vəhşicəsinə öldürür, uşaqların, körpələrin başlarını kəsir, evləri yandırırdılar. Bu xəbəri alan Canpolad tankına oturaraq Qaraqaya kəndinə üz tutdu. Burada xeyli erməni quldurunu sərrast atəşlərlə məhv edən cəsur döyüşçü yüzlərlə dinc sakinin mühasirədən çıxmasına şərait yaratdı. Hər tərəfdən atəşə məruz qalan Canpolad döyüş meydanında qəhrəmancasına həlak oldu.
Xanbulaq (Ağsu)
Xanbulaq (əvvəlki adı: Gürcüvan) — Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Ağsu rayonunun Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi Xanbulaq kəndi adlandırılmış və Gürcüvan kənd inzibati ərazi dairəsi Xanbulaq kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XVIII-ci əsrdə Gürcüstanın indiki Gürcaani bələdiyyəsindən gəlmə erməni ailələri qədim Xanbulaq adlı yerdə salmış və gəldikləri ərazinin adı ilə Gürcüvan adlandırmışdılar. 1988-ci ildə ermənilər kəndi tərk etdilər. Vaxtilə Gürcüstandan Orta Asiyaya surgun edilmiş, 1989-cu ildə Özbəkistandan qovulmuş axısqa türklərinin bir hissəsi bu kənddə məskunlaşdı. Kənd 1990-cı ildən yerləşdiyi ərazinin adı ilə Xanbulaq adlandırıldı.
Xanbulaq (Yardımlı)
Xanbulaq — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Xanbulaq bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yanbulaq (Biləsuvar)
Yanbulaq (fars. يان بلاغ‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 99 nəfər yaşayır (21 ailə).
Yanbulaq (Miyanə)
Yanbulaq (fars. يان بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 318 nəfər yaşayır (90 ailə).
Xanbulaq (dağ)
Xanbulaq – Göygöl rayonu ərazisində dağ. Murovdağ silsiləsinin şimal yamacında, Qoşqar və Gəncə çaylarının suayrıcındadır. Hündürlüyü 1422 m. Dağ oradakı bulağın adı ilə belə adlandırılmışdır. Bulaq isə vaxtilə Gəncə xanlarına məxsus yurd yerlərindən birinin yaxınlığında yerləşməsinə görə Xanbulağı adlandırılmışdır.
Ağ zanbaq
Ağ zanbaq (lat. Lilium candidum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaq cinsinə aid bitki növü. Ağ zanbaq daha çox Balkan və Qərbi Asiya ölkələrində yayılmışdır. Bitkinin soğanaqları yer səviyyəsində formalaşır və yarpaqla örtülmüş çiçək gövdəsi, adətən, 1,2 m, yaz fəslində isə 2 m-ə qədər yüksələ bilir. Yay fəslində çox gözəl ətirli çiçəkləri olan Ağ zanbağın çiçəkləri, əsasən, ağ rənglidir və bazis rəngini sarı rəng təşkil edir. Ağ zanbaq virus xəstəliklərinə və Botrytis göbələyinə qarşı həssas bitkidir.
Heraldik zanbaq
Heraldik zanbaq və ya Fleur-de-lis / fleur-de-lys (fransız dilində fleur "çiçək", lis isə "zanbaq" deməkdir.) — Avropada orta əsrlərdə geniş yayılmış heraldik simvol. Bəzəkli bir dizayn və ya simvol olaraq istifadə olunur. Fransa tarixən katolik bir xalq olduğuna görə Herald zanbağı xüsusən də fransız heraldikasında eyni zamanda, dini, siyasi, sülalə, bədii, emblematik və simvolik oldu. Simvol fransız monarxlar və Fransanın katolik müqəddəslərini təmsil edərək tarix boyu istifadə edilmişdir. Xüsusilə Məryəm və Müqəddəs İosif Fleur-de-lis ilə təsvir edilmişdir. Fleur-de-lis müxtəlifnövlü simvollar blokundakı U + 269C (⚜) Unicode ilə təmsil olunur.
Təkqardaş zanbaq
Təkqardaş zanbaq (lat. Lilium monadelphum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaq cinsinə aid bitki növü. Hündürlüyü 1 m-ə çatan və ondan hündür olan bitkidir. Soğanağı enli-yumurtaşəkilli, xaricdən krem rəngli pulcuqla, qalın, düz, sıx yarpaqla örtülmüşdür. Aşağı yarpaqları enli-neştərşəkilli, yuxarı yarpaqları xətvari-neştərşəkillidir, aşağı tərəfdən kənarları və damarlar kirpikciyə oxşar yumşaq tüklüdür. Çiçəkləri piramidavari salxım çiçək qrupunda toplanmış və (1) 3-6 ədəd əyilmiş çiçəkdən ibarətdir; çiçəkləri iridir, qıfaoxşardır, qızılı-sarı rənglidir, ətirlidir və uzunluğu 8-10 sm-dir. Çiçəkyanlığının yarpaqcıqları neştərvaridir, qaidə hissəsinə doğru az daralmış, çiçəkləmənin sonuna yaxın azacıq geriyə qatlanmışdır. Qutucuq 4 sm-ə yaxın uzunluqdadır. İyun ayında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir. Böyük Qafqazın şərqində, qərbində, Quba sahəsində yuxarı dağ qurşağında və subalp qurşağında yayılmışdır.
Zanbaq gülləri
Zanbaq gülləri (həmçinin vaza və çiçəklər olaraq da bilinir), Vinsent van Qoqun 50–55 milyon dollar dəyəri olan rəsm əsəridir; 2010-cu ilin avqust ayında Qahirənin Məhəmməd Mahmud Xəlil Muzeyindən oğurlanıb və hələ də tapılmayıb. Rəsm 65 x 54 sm ölçülərində və sarı və qırmızı xaşxaş çiçəklərini təsvir edir. Əsəri Van Qoqun intiharından üç il əvvəl, 1887-ci ildə rəngləndiyinə inanılır. Qaranlıq arxafon ilə ziddiyət yaradan rəngli vazada olan sarı və qırmızı çiçəkli rəsm, Van Qoqun 1886-cı ildə Parisdə ilk dəfə gördüyü zaman ona təsir edən köhnə bir rəssam Adolf Montiçelliyə olan dərin heyranlığının əksidir.
Zanbaq inqilabı
Zanbaq inqilabı (qırğ. Жоогазын революциясы) — 2005-ci ilin martında Qırğızıstanda inqilaba səbəb olan kütləvi etirazlar və respublika prezidenti Əsgər Akayevin devrilməsi, Qurmanbek Bakıyevin vəzifəsinə gəlməsi. İnqilabçılar Əsgər Akayevin, ailəsinin və tərəfdarlarının ölkədə korrupsiya və avtoritar sistem qurduğunu iddia edirdilər. Akayev Qazaxıstana, daha sonra Rusiyaya qaçdı. 4 aprel 2005-ci il tarixində Qırğızıstanın Moskvadakı səfirliyində Akayev Qırğızıstan parlamentinin nümayəndə heyətinin iştirakı ilə istefa ərizəsini imzaladı. İstefa 11 aprel 2005-ci ildə Qırğızıstan müvəqqəti parlamenti tərəfindən təsdiq edildi. İnqilabın ilk mərhələlərində kütləvi iğtişaşları "Çəhrayı", "Limon", "İpək" və ya "Nərgiz" inqilabı adlandırırdılar. "Zanbaq inqilabı" terminini yaradan Akayevin özü oldu. Bir dəfə çıxışında, Qırğızıstanda belə bir "Rəngli inqilabın" baş verə biləcəyini xəbərdar etmişdi. Rəng və ya çiçək ifadəsi istifadə etməklə Gürcüstanda zorakılıq olmadan baş verən "Qızılgül inqilabı", Ukraynadakı "Narıncı inqilab" (2004), Çexoslovakiya "Məxməri inqilabı" (1989) və Portuqaliya "Qərənfil inqilabı" (1974) ilə oxşarlıq doğururdu.
Qara zanbaq
Qara zanbaq - Aleksandr Düma tərəfindən yazılmış olan tarixi romandır. Polkovnik Van Deken: Şahzadə III Vilyam van Orancın köməkçisi Kornelis de Vitt: Hollandiyanın baş naziri olan Yohan de Vittin qardaşı Kornelis van Berle: zanbaq yetişdirən, həkim, Kornelis de Vittin xaç oğlu Krek: Yohan de Vittin xidmətçisi Qrif: Buitenhof və Loevestein həbsxanalarının nəzarətçisi İsaak Bokstel: Kornelis van Berlenin qısqanc qonşusu Yohan de Vitt: Hollandiyanın Baş naziri Vilyam van Oranc: 1672-ci ildə De Vitt qardaşlarını edam etdirərək ölkə başçısı olan şahzadə Roza: Qrifin qızı Van Sistens: Harlem meri və Çiçək İstehsalçıları Assosiasiyasının prezidenti Kitab 1921, 1937, 1956, 1970 və 1988-ci illərdə filmlərə mövzu olmuşdur. 1963-cü ildə çəkilmiş olan və Alen Delonun baş rolda oynadığı film isə kitabdan müstəqildir. Hollandiyanın Dordrext şəhərində zəngin və əsilzadə bir tacirin oğlu olan Kornelis van Berle həm də Hollandiyanın baş nazirinin qardaşı olan Kornelis de Vittin xaç oğludur. Tibb təhsilini başa vurduqdan sonra 1668-ci ildə 24 yaşı olarkən atasını itirir. Atasının ölümündən sonra özünə böyük bir miras qalan Kornelis özünü zanbaq əkinçiliyinə həsr edir və sahib olduğu var-dövləti sayəsində tez bir zamanda bu sahədə mütəxəssisə çevrilir. Uzun illər öz evində şəxsi imkanları ilə zanbaq yetişdirən və bu sahədə ciddi müvəffəqiyyət əldə edən qonşusu İsaak Bokstel Kornelisin bu cəhdindən məmnun qalmamış, əvvəlcə qonşusu ilə yarışmağa, hətta onun zanbaq soğanaqlarını belə məhv etməyə çalışsa da, sonunda bu işdən əl çəkib, bütün günü qonşusunu gizlicə pəncərəsindən izləməyə başlayır. Harlemdəki Çiçək İstehsalçıları Assosiasiyası böyük, ləkəsiz, qara zanbaq yetişdirə biləcək hər hansısa bir kəsə yüz min Hollandiya quldeni mükafat verəcəyini bildirir. Lakin o dövrdə hətta tünd rəngli zanbaq belə yetişdirilə bilinmədiyi üçün bu müsabiqədə qalib gəlmək mümkün hesab edilmirdi. Bir çoxları kimi müsabiqədə iştirak edən Kornelis qısa bir müddət ərzində zanbaqların rəngini tündləşdirməyi bacarır və qara hədəfə çatmağa yaxınlaşır.
Fanfan-zanbaq (film, 1952)
Fanfan-zanbaq — 1952-ci ildə istehsal olunmuş Fransa filmi. Cavan və yaraşıqlı Fanfan evlənməkdən canını qurtarmaq üçün əsgər gedir. O, əsgərliyə getməmişdən əvvəl qaraçı qız Fanfanın falına baxır. Qaraçı qız gələcəkdə Fanfanın tanınmış döyüşçü olacağını və şahzadə qızla evlənəcəyini deyir. Sonda bəlli olur ki, cazibədar qaraçı qız zabitin qızıdır. Bunu öyrənən Fanfan arzusunun arxasınca getməyə başlayır. O, qaraçı qızın dediklərini gerçəkləşdirmək üçün əlindən gələni etməyə başlayır. Azərbaycan Sovet Ensiklopediyası. IX cild. Bakı, 1986, səh.
Fanfan-zanbağ (film, 1952)
Fanfan-zanbaq — 1952-ci ildə istehsal olunmuş Fransa filmi. Cavan və yaraşıqlı Fanfan evlənməkdən canını qurtarmaq üçün əsgər gedir. O, əsgərliyə getməmişdən əvvəl qaraçı qız Fanfanın falına baxır. Qaraçı qız gələcəkdə Fanfanın tanınmış döyüşçü olacağını və şahzadə qızla evlənəcəyini deyir. Sonda bəlli olur ki, cazibədar qaraçı qız zabitin qızıdır. Bunu öyrənən Fanfan arzusunun arxasınca getməyə başlayır. O, qaraçı qızın dediklərini gerçəkləşdirmək üçün əlindən gələni etməyə başlayır. Azərbaycan Sovet Ensiklopediyası. IX cild. Bakı, 1986, səh.
Zanbaq gülləri (rəsm əsəri)
Zanbaq gülləri (həmçinin vaza və çiçəklər olaraq da bilinir), Vinsent van Qoqun 50–55 milyon dollar dəyəri olan rəsm əsəridir; 2010-cu ilin avqust ayında Qahirənin Məhəmməd Mahmud Xəlil Muzeyindən oğurlanıb və hələ də tapılmayıb. Rəsm 65 x 54 sm ölçülərində və sarı və qırmızı xaşxaş çiçəklərini təsvir edir. Əsəri Van Qoqun intiharından üç il əvvəl, 1887-ci ildə rəngləndiyinə inanılır. Qaranlıq arxafon ilə ziddiyət yaradan rəngli vazada olan sarı və qırmızı çiçəkli rəsm, Van Qoqun 1886-cı ildə Parisdə ilk dəfə gördüyü zaman ona təsir edən köhnə bir rəssam Adolf Montiçelliyə olan dərin heyranlığının əksidir.