Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İrina Zaretska
İrina İqorevna Zaretska (4 mart 1996, Odessa) — Azərbaycanı təmsil edən karateçi. 2020-ci ildə Yaponiyanın Tokio şəhərinin ev sahibliyində baş tutan XXXII Yay Olimpiya Oyunlarında gümüş medala sahib olub. İrina Zaretska 2018-ci ildə İspaniyanın Madrid şəhərində baş tutan Dünya Çempionatının və 2021-ci ildə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində baş tutan Dünya Çempionatının qalibi olub. Bununla da o, Karate üzrə Dünya Çempionatının qızıl medalına sahib olan birinci və yeganə Azərbaycanlı qadın idmançı olub. İrina Zaretska 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının qızıl medalına, 2019-cu ildə Belarusda isə II Avropa Oyunlarının gümüş medalına sahib olub. İrina Zaretska həmçinin 2016-cı ildə Fransada və 2021-ci ildə Xorvatiyada Avropa Çempionatının qızıl medallarını qazanıb. İrina Zaretska 2014-cü ildən Dünya Karate Federasiyasının (WKF) "Karate-1" Pemyer Liqasında mübarizə aparır. 9 mövsüm ərzində o, 10 dəfə Premyer Liqanın qalibi olub. İrina Zaretska ümumi olaraq 21 dəfə (10 qızıl, 6 gümüş və 5 bürünc) Premyer Liqanın medallarına sahib olub — BƏƏ Premyer Liqasında 4 medala (2017-ci və 2022-ci illərdə qızıl, 2019-cu ildə gümüş, 2020-ci ildə bürünc), Niderland Premyer Liqasında 3 medala (2014-cü və 2017-ci illərdə qızıl, 2016-cı ildə bürünc), Almaniya Premyer Liqasında 2 medala (2016-cı ildə qızıl, 2018-ci ildə gümüş), Fransa Premyer Liqasında 2 medala (2017-ci ildə gümüş, 2020-ci ildə qızıl), Türjiyə Premyer Liqasında 2 medala (2015-ci ildə qızıl, 2021-ci ildə bürünc), Rusiya Premyer Liqasında 1 medala (2019-cu ildə qızıl, 2021-ci ildə bürünc), Misir Premyer Liqasında 1 medala (2015-ci ildə gümüş), Mərajeş Premyer Liqasında 1 medala (2018-ci ildə gümüş), Yaponiya Premyer Liqasında 1 medala (2019-cu ildə qızıl), İspaniya Premyer Liqasında 1 medala (2019-cu ildə qızıl), Avstriya Premyer Liqasında 1 medala (2020-ci ildə bürünc) və Portuqaliya Premyer Liqasında 1 medala (2022-ci ildə gümüş) sahib olub. İrina Zaretska Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, 12 avqust 2021-ci il tarixli Sərəncamına əsasən isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Karyerası ərzində 69 beynəlxalq yarışa qatılan İrina Zaretska onların 17-də qızıl medal, 13-də gümüş medal, 8-də isə bürünc medal qazanıb.
Gyasi Zardes
Gyasi Zardes - Amerika Birləşmiş Şatatlarını peşəkar futbolçusu. Hazırda Columbus Crew SC-da oynayır. ABŞ millisinin üzvüdür. Zardes 1991-ci il, Sentyabrın 2-də Kaliforniyada doğulmuşdur. Futbola 2009-cu ildə başlamışdır.