Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zariyat Surəsi
51-ci surə əz-Zariyat (Sovurub dağıdan küləklər) surəsi (Məkkədə nazil olmuşdur, 60 ayədir). Surə adını ilk ayədə işlənən və sovurub dağıdan küləklər mənasına gələn əz-Zariyat sözündən götürmüşdür.
Zariver
Ağyoxuş, Zariver — Göyçə mahalında kənd. 1922-ci ildə rusların dəstəyi ilə tarixi torpaqlarımızda Ermənistan SSR yaradıldıqdan sonra erməni daşnaqlarının əl-qolu açılıb. Türkiyədən, Suriyadan gətirilən ermənilər məqsədli şəkildə, yavaş-yavaş Göyçənin azərbaycanlılar yaşayan kəndlərində yerləşdirilməyə başlanıb. Subatan kəndi dağ ətəyində, heyvandarlıq və əkinçilik üçün əlverişli bir yerdə yerləşdiyindən ermənilər buradakı yerli əhalini müxtəlif bəhanələrlə köçürmək istəyiblər. Subatana yaxın yerləşən dağlarda kifayət qədər Subatan (Göyçə) kəndinin yaxınlığında yerləşən dağlarda içməli su ehtiyatı kifayət qədər olmasına baxmayaraq, vəzifədə olan ermənilər bu problemi aradan qaldırmaq istəməyiblər. Kəndə borular vasitəsilə su çəkmək əvəzinə, əhalini köçürməklə həmin yerləri ələ keçirməyə cəhd ediblər.Ermənilər həmin vaxt qismən istəklərinə nail olublar. Belə ki, Subatandan 3-4 tayfa 1936-37-ci illərdə Göyçənin “Ağyoxuş” deyilən ərazisinə köçürülür. Ev tikilir və Subatandan gələnlər burada məskunlaşırlar. Elə kəndin adı da ərazinin adına uyğun olaraq adlandırılır. Bura Subatandan Alcanlılar, Məşədi Qasımlılar, Mayıllılar tayfasından xeyli adam köçür.
Varidat
Varidat (dövriyyə və satış həcmi) — müəyyən müddət ərzində istehsal olunan məhsulların, xidmətlərin, işlərin satışı nəticəsində müəssisə və ya sahibkarın alıcılara təqdim etdiyi tələblərin (o cümlədən ödənilməmiş tələblərin) ümumi məbləği.
Zariya
Zariya, hazırda Kaduna ştatının dörd Yerli İdarəetmə Bölgəsində yerləşən Nigeriyanın böyük bir şəhəridir.
Zarat
Zarat (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Zarat (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Zarat (Dəvəçi) — Azərbaycanın Dəvəçi rayonunda kənd. 30 dekabr 1997-ci ildə ləğv olunub. Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunda kənd. Zaratxeybəri — Azərbaycanın Şamaxı rayonunda kənd. Zarat — Dəvəçi rayonu ərazisində çay.
Zariyan (Xoy)
Zariyan (fars. زارعان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 804 nəfər yaşayır (200 ailə).
İctimai varidat
İctimai varidat və ya İctimai mülkiyyət ― əsərə aid müəlliflik hüququnun qanunla təsbit olunmuş müəyyən bir müddətdən sonra qüvvədən düşərək ictimai varidata keçməsi halı. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidata keçmiş sayılır.
Zarina Nizomiddinova
Zarina Nizomiddinova (özb. Zarina Nizomiddinova Shahboz qizi) — Özbəkistanda məşhur aktrisalardan biri və müğənni. 29 mart 1989–cu ildə Özbəkistan–in paytaxtı Daşkənd şəhərində anadan olub. 2010–cu ildə özbək dilində çəkilmiş "Qaragöz" filmində rol almasıyla kino karyerası başlamış, 2005–2016–cü illər arasında Özbəkistan istehsalı olan 34 filmdə çəkilmişdir. "Yurak yig'lar // Юрак йиглар (2015)" — YouTube "Xiyonat girdobi // Хиёнат гирдоби (2015)" — YouTube "Aql va yurak // Акл ва юрак (2013)" — YouTube "Qudamni ko'rmadingizmi // Кудамни курмадингизми (2013)" — YouTube "O Maryam, Maryam // О Марьям, Марьям (2012)" — YouTube "Men yulduzman // Мен юлдузман (2012)" — YouTube "Qorako'z // Коракуз (2010)" — YouTube "Meni kechir // Мени кечир" — YouTube "Afsonaviy // Афсонавий" — YouTube Mohinur Nizomiddinova Shahbozovna. Shohruh Nizomiddinov Shahbozovich. Temurxon Sodiqov Toʻlqinovich. Toʻlqin Sodiqov.
Zarina Qurbanova
Zarina Qurbanova (gimnast) — Özbəkistanı təmsil edən bədii gimnast. Zarina Qurbanova (aktrisa) — Azərbaycanlı aktrisa.
Zarina İvanovna
Yekaterina İvanovna Zarina (Novikova, 1 oktyabr 1837 – 25 yanvar 1940) rus yazıçısı və memuarçısı idi. Yekaterina İvanovna Zarina 1837-ci il oktyabrın 1-də (bəzi mənbələrə görə 1835-ci ildə) Anapa şəhərində anadan olub. Uzun müddət Serdobskda və Penza vilayətinin Serdobski rayonunun Pyaşa kəndində yaşayıb. Penzada zadəgan internat məktəbini bitirib. 1859-cu ildə Sankt-Peterburqa köçdü. "Sovremennik" jurnalı, "Rus" qəzeti, "Rusiyanın Pilgrim" jurnalı ilə əməkdaşlıq edib. Yekaterina İvanovna bir çox hekayə, roman və pyeslərin müəllifidir. Onun ən mühüm əsəri "Nikolay Bronski" romanıdır. Onun xatirələrində Penzaya həsr olunmuş səhifələr var. Yekaterina İvanovna Zarina ədəbiyyatşünas, şair, tərcüməçi Efim Fedoroviç Zarin ilə evli idi.
Qaragöz və Xacivat
Qaragöz və Xacivat — təqlidə və qarşılıqlı dialoqa əsaslanan iki ölçülü təsvirlərlə bir pərdədə oynadılan kölgə oyunudur. Qaragöz oynadana qurğusal, xəyalbaz deyirlər. Köməkçiləri çıraq, yardaq, dayrezen, sandıqkardır. Oyunda dialoqların dəyişməsi baş rollarla edilir. Bu iki xarakterin həqiqətən yaşayıb yaşamadığı, yaşayıbsa, harada necə yaşadığı dəqiq olaraq bilinmir. Danışılanlar rəvayətlərə əsaslanır, həqiqətən yaşamış olsalar da, böyük ehtimalla bəhs edilən dövrdə tarix kitablarına girəcək qədər əhəmiyyətli görülməyiblər. Folklorşünaslar Qaragözün bəzi oyunlarda qaraçı olduğunu öz dili ilə deməsi və Bulqar qaydası çalmasını əsas götürərək onun Bizans imperatoru Konstantinin qaraçı seyisi Sofyozlu Bali Çələbi olduğunu söyləyirlər. Bir digər rəvayətə görə isə Hacı İvaz Ağa, ya da xalqın bildiyi adı ilə Xacivat və Trakyada yerləşən Samakol kəndindən olan dəmirçi ustası Qaragöz Orxan Qazi dövründə Bursada yaşayan və məscid inşaatında işləyən iki işçidir. Özləri işləmədikləri kimi başqa işçilərin işləməsinə də imkan vermirdilər. Orhan Qazinin "məscid vaxtında bitməsə, kəlləni alaramm" dediyi məscid memarı məscidin inşaatının vaxtında bitməməsinə görə Qaragöz və Xacivatı şikayət edir.
Dərə Zarat
Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Dərə Zarat kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. XIX əsrdə Zarat kəndindən çıxmış ailələrin dərədə saldığı yaşayış məntəqəsidir. Bəzən Yenikənd də adlandırılmışdır. Oykonim "dərədə salınmış Zarat kəndi" deməkdir. Kənd Ataçayın sağ sahilindən 3 km. aralı, Yan silsiləsinin (Böyük Qafqaz) yamacında yerləşir. Əhalisinin sayı 36 nəfərdir.
Zarat (Dəvəçi)
Zarat — Azərbaycan Respublikasının Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidi tərkibindəki Zarat kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Zarat (Siyəzən)
Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Kənd Azərbaycanın gözəl guşələrindən biridir. Orada yayda həddindən artıq isti, qışda isə həddindən artıq soyuq olur. Azərbaycanın məşhur Beşbarmaq dağı da bu kənddə yerləşir. Əhalisinin sayı 1410 nəfərdir (2009-cu il). Siyəzən rayonunun Çuxur-əzəmi inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Tədqiqatçılar oykonimi ərəb dilindəki ziraət (əkin yeri) sözü ilə əlaqələndirir, yaşayış məntəqələrinin keçmiş əkin yerlərində salınmalarına əsaslanırlar.
Zarat (İsmayıllı)
Zarat — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdimançayın sol sahilində yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc- Quba turist marşrutları kəndin yaxınlığından keçir. Kənddən Şamaxının Zarat-Xeybəri kəndinə piyada yol vardır. 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Zarat kəndində 54 evdə etnik tatlardan ibarət 416 nəfər (244 nəfəri kişilər, 172 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Əhalisi 31 nəfərdir ki onunda 17 nəfəri kişi, 14 nəfəri qadındır. Kənd əhalisi heyvandarlıq, bostançılıq və arıçılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Zarat Xeybəri
Zarat Xeybəri – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı r-nu Dəmirçi i.ə.d.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi ərazidədir. Əhalisi 233 nəfərdir (2009), 40 təsərrüfatı var. Keçən əsrin əvvəllərində Şamaxı qəzasında Zarat sözü ilə bağlı Zarat Bahadərəsi, Birinci Zarat (Zarat Xeybəri), İkinci Zarat adlı üç kənd qeydə alınmışdır. Xeybəri komponenti Zarat adlı bu kəndləri bir-birindən fərqləndirmək üçün artırılmışdır. 1933-cü ildə kəndin adı Zarat Xeybərli kimi qeyd edilmişdir. Xeybəri mənşəcə ərəb tayfalarından birinin adıdır. Tarixi mənbələrin məlumatına görə, Xəlifə Ömər dövründə (634-644) xeybərlər öz doğma yerlərindən qovulmuşdular. Görünür, Azərbaycanda məskunlaşmış ərəblərin tərkibində xeybərlər də olmuşdur.
Zarina Qurbanova (aktrisa)
Zarina Qurbanova (17 dekabr 1990, Sumqayıt) — azərbaycanlı aktrisa. 1990-cı ildə Sumqayıt şəhərində doğulub. 1997-ci il Bakı şəhəri 190 nömrəli məktəbə getmişdir. Hərbçi ailəsində doğulduğundan 2000-ci ildə Rusiyaya köçmüş, 2004-cü ildə yenidən Bakıya dönmüş və 91 nömrəli məktəbdə oxumağa davam etmişdir. Məktəbi bitirdiyi ilədək 3 nömrəli musiqi məktəbi vokal bölməsində musiqi təhsili almışdır. Həmin dövrdə muğam, rəssamlıq və rəqslə də məşğul olmuşdur. 2008-ci il İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olmuşdur. Universitet illərində hazırlanan bütün tamaşa tədbirlərdə fəal iştirak etmiş bir çox mükafatlarla təltif olunmuşdur və 2012-ci il rejissoru olduğu İlğım tamaşasına görə qırmızı diplomla universiteti bitirmişdir. Daha sonra yerli telekanallarda "ulduzlu saat", "incəsənət", "gəzək yeyək" verlişinin aparıcısı olmuş. Azərbaycan kinostudyası nəzdində çəkilən.
Zarina Qurbanova (gimnast)
Zarina Qurbanova (6 may 1995) — Özbəkistanı təmsil edən bədii gimnast. Zarina Qurbanova, 2016-cı ildə Özbəkistanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Zarina Qurbanova, 2016-cı ildə Özbəkistan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Samirə Əmirova, Valeriya Davidova, Luiza Qəniyeva və Marta Rostoburova ilə birgə təsnifat mərhələsində 31.116 xal topladı və 12-ci yeri tutaraq mübarizəni dayandırdı.