Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zarembo adası
Zarembo adası (ing. Zarembo Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Mitkov adasının cənubunda, Etolin adasının şimal-qərbində və Uels Şahzadəsi adasının şimal-şərqində yerləşir. Adanın sahəsi 474,3 km²-dir. Bu göstərici onu ABŞ-də 34-cü ən böyük ada edir. Daimi əhalisi yoxdur. Adanın sahilləri ilk dəfə 1791-95-ci illərdə Vankuver ekspedisiyası zamanı 1793-cü ildə Ceyms Constoun tərəfindən xəritəyə salınmışdır. Constoun yalnız şimal, qərb və cənub sahillərinin xəritəsini çəkir. Heç vaxt onun ada olduğunu öyrənə bilmir. Daha sonra Rusiya Amerikasının araşdırmaçısı Dionisi Zarembonun şərəfinə adlandırılmışdır.