Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Batolit
Batolit — sahəsi 200 m2-dən çox və bəzən 2000 m2-ə çatan, əsasən, qranitoidlərdən ibarət olan iri intruziv. Adətən qırışıq zonalarda iri qalxıntıların mərkəz hissələrində çökmə süxurlar arasında yerləşir. Bəzi tədqiqatçılar ultrametamorfizmin inkişaf etdiyi kembriyə qədər qalxanlarda yayılmış iri plutonları batolit aid edir. Mənşəyi mübahisəlidir. Tədqiqatçıların çoxu hesab edirlər ki, batolit formalaşmasında blokların şaquli yerdəyişməsi əsas rol oynayır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Datolit
Datolit – CaB [SiO4] (OH) — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – rəngsiz, çox vaxt yaşılımtıl çalarlı ağ, zeytunu - yaşıl, açıq- və bal kimi -sarı, bəzən qırmızımtıl, bənövşəyi; Mineralın cizgisinin rəngi – ağ, açıq-boz; Parıltı – şüşə; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,9-3,0; Sərtlik – 5-5,5; Kövrəkdir; Ayrılma – yoxdur; Sınıqlar – qeyri-hamardan qabıqlıyadək; Morfologiya – kristallar: üzlərlə zəngin qısaprizmatik, lövhə- və pazvari, izometrik; Mineral aqreqatları: aydındənəvər və gizlikristallik bütöv kütlələr, salxım şəkilli radial-şüalı əmələgəlmələr–botriolitlər, kiçik kristal druzaları, fırçalar, qaysaqlar. == Mənşəyi və yayılması == Mineralın ən böyük yığınları skarn və skarnoidlərlə əlaqədar olub, vollastonitin hidrotermal əvəzlənməsi nəticəsində yaranan gec əmələgəlmələrdir. Çox vaxt badamdaş effuziv süxurların boşluqlarında müşahidə edilir. Bəzi intruziv süxurlarda (qabbro, diorit və b.), hidrotermal filiz yataqlarında, duz yataqlarının gips papaqlarında, çökmə və metamorfik (kalsifirlər, şistlər və s.) əmələgəlmələrdə damarcıq və püruzlar şəklində iştirak edir. Birlikdə rast gəldiyi minerallar: prenit, seolitlər, kalsit, danburit, vezuvian, aksinit, vollastonit, hedenbergit, anhidrit, xalsedon və b. Mineralın tapıldığı yerlər: Arendal (Norveç); Sankt-Andreasberq (Almaniya); Trentino vilayəti (İtaliya); Bağçasaray rayonu və Qaradağ dağı (Krım); Turyin mədənləri, Tetyuxe, Aldan rayonu (Rusiya); Orta Asiya; Akatame, Şişibu (Yaponiya); Kivenaç, Meriden, Xourvel (ABŞ) və b. Azərbaycanda Naxçıvan MR-nın Culfa rayonunda yerləşən bir sıra bor təzahürlərində (Berdıq-Qazançı, Əlincəçay və b.), həmçinin Tutqunçay hövzəsində və s. qeyd edilmişdir.
Zatoiçi (film, 2003)
Zatoiçi (座頭市, Zatōichi) — Takeşi Kitano rejissoru və ssenari müəllifi olan, Yoşinori Ota ilə redaktə etdiyi və baş rolu oynadığı cidaygeki döyüş filmi. Kitano açıqlayıb ki, bu filmi onnan bunu xahiş edən insanlar üçün yaratdığına görə, təmiz əyləncəli film çəkib, onları razı salmaq üçün, öz texnikanın əvəzinə, ənənəvi film çəkmə texnikaları iştədib. Venesiya Film Festivalı. Gümüş Şir (2003, sentyanrın 6-sı). Leone Del Pubblico. Tamaşaçılar Mükafatı (2003).