Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zatoka
Zatoka (ukr. Затока) — Ukraynanın Odessa vilayətinin Bilqorod-Dnestrovski rayonunda yerləşən şəhər tipli qəsəbə. Məntəqə yerli bir çimərlik kurortudur. Əlavə olaraq, qəsəbədə Buqaz adlı kiçik bir dəniz limanı var. 2017-ci ildə Zatokada 1,869 nəfər yaşayırdı. Qəsəbə Dnestr estuarisinin çayın Qara dənizə axdığı dilində yerləşir. Qəsəbə Odessa şəhərindən 60 kilometr, Bilqorod-Dnestrovski şəhərindən isə 18 kilometr uzaqlıqla yerləşir. == Ərazi bölgüsü == İnzibati və ərazi baxımından Zatoka qəsəbəsi Bilqorod-Dnestrovski şəhər şurasının tərkibindədir. Zatoka qəsəbəsi üç əraziyə – "Limanski", "Solneçi", "Tsentralnıy" rayonlarına bölünmüşdür == Tarixi == Qəsəbənin yaxınlığında Tripol mədəniyyəti dövründən qalma bir abidə yerləşir. Zatoka qəsəbəsinin əsası 1827-ci ildə qoyulmuşdur.
Zatura: Kosmik macəra
Zatura: Kosmik macəra (ing. Zathura: A Space Adventure) — Con Favronun rejissorluğu ilə 2005-ci ildə çəkilmiş amerikan elmi fantastik, macəra filmi. Film Kris Van Ollsburqun 2002-ci ildə yazdığı eyniadlı uşaq kitabı əsasında çəkilmişdir. Kris həmçinin 1981-ci ildə işıq üzü görmüş Cumanci kitabının müəllifidir. Zatura "Cumanci" filminin spin-offudur. Film, zirzəmilərində Zatura adlı sirli stolüstü oyun tapan iki gənc qardaş, Volter və Dennidən bəhs edir. Cumancidə olduğu kimi, bu oyunda da edilən hər bir seçim canlanır. Qardaşlar oyunu oynayarkən, onların evi kosmosa daşınır və onlar robotlar, yadplanetlilər və digər müxtəlif təhlükələrlə dolu kosmosa sürüklənirlər. == İstinadlar == == Xarici keçidlər == sonypictures.com/movies/… — Zatura: Kosmik macəranın rəsmi saytı Zatura: Kosmik macəra — Internet Movie Database saytında.