Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zvyozdnıy qəsəbəsi
Zvyozdnıy qəsəbəsi — keçmiş qəsəbə, ruh şəhər, vaxtı ilə Çukotka Muxtar Dairəsinin İultinski rayonu ərazisində yerləşən yaşayış məntəqəsi. Şmitov körfəzi sahilində (Çukot dənizi) yerləşir. M.V. Lomonoson Arktika ərazisində nəhəng «torpaq» olduğunu bildirmişdir. O, Çukotun şimalında «Somnitelnıy» adasının olmasını bildirir. Sonradan ada aşkarlanır və qütb araşdırmaçısı və dənizçi Ferdinand Petroviç Vrangelin şərəfinə adlandırılıb. Adanın buxtalarından biri adaya verilən ilkin adı olan «Somnitelmıy» olaraq adlandırılmışdır == Tarixi == 1926-ci ildə gəlmələr Qeorgiy Alekseeviç Uşakovun rəhbərliyi ilə Rocers buxtasına çıxaraq burada ilk daimi yaşayış məntəqəsi olan Uşakovskoye qəsəbəsini inşa edirlər. Gəlmələrin sayının çoxluğu səbəbindən adanın başqa hissəsində yeni yaşayış məntəqəsinin salınması planlaşdırılır. Əsasən Eskimoslar və Çukçalar Uşakovskoyedən 30 km qərbdə Comnitelnıy buxtasında yeni yaşayış məntəqəsini salırlar. Daimi yaşayış məntəqəsi isə Zvyozdnıy adı ilə 1960-cı illərdə formalaşır. Belə ki, burada hərbiçilər hərbi aerodrom, əsgər yataqxanaları, radiolokasiya stansiyaları inşa edirlər.