Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vladimir Velyaminov-Zernov
Vladimir Vladimiroviç Velyaminov-Zernov (24 noyabr 1830 – 30 yanvar 1904) — Rusiya tarixçi-şərqşünası, dilçisi. == Həyatı == Vladimir Vladimiroviç Velyaminov-Zernov 24 noyabr 1830-cu ildə Rusiya imperiyasının Sankt-Peterburq şəhərində anadan olmuşdu. 1850-ci ildə Aleksandrovski liseyini bitirmişdi. Hələ lisey illərindən Şərq dilləri ilə maraqlanırdı. Gerasim Pavskidən yəhudi dilini öyrəndi. Sankt-Peterburq Universitetinin professorlarından isə ərəb və fars dillərini əxz etdi. Vladimir Velyaminov-Zernov 1851-ci ildə Xarici İşlər nazirliyinin Asiya departamentinə xidmətə düzələrək Orenburq quberniyasına getdi. Orda tədqiq edilməmiş türk dilləri ilə məşğul olmağa başladı. Burda ilk işi olan "Исторические известия о киргиз-кайсаках в отношении России со Средней Азией со времен кончины Абдул-Хаир хана (1748–1765)" əsərini yazdı. Bu əsəri əvvəlcə hissə-hissə qəzetdə dərc etdirdi.