Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Taharka
Taharka (q.misir 𓇿𓉔𓃭𓈎, tꜣ-h-rw-k; akkad. , Tar-qu-u2, ivr. ‏ תִּרְהָקָה‏‎; Bibliyada Tirqak; Manefona görə Tarkos/Tarakos; Strabona görə Tearkon) — Qədim Misirin XXV sülaləsinin fironu (Efiopiya və ya Nubiya sülaləsi). O, təxminən e.ə. 690–664/663-cü illərdə hökm sürmüşdür. Taharka Assuriya padşahı Sennaxerib ilə döyüşə getmişdi və İudeya hakimi Ezekiyanın müasiri idi. Binalar tikdirməsi və dindarlığından başqa onun daxili siyasəti haqqında çox az şey məlumdur. Xarici siyasətə gəldikdə, Taharka Misirə iddialar qaldıran Assuriyaya qarşı çıxmışdır. Asarhaddon e.ə. 671-ci ildə Misirə yürüş edərək Nil deltasını tutmuşdur, firon isə Tebenə qaçmışdır.