Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Narok Muzeyi
Narok Muzeyi — Keniyanın Narok regionunda yerləşən muzeydir. Muzeyin eksponatları Masailərin mədəni irsin, eləcə də digər Maa-danışıq mədəniyyətləri, o cümlədən Samburu, Nyemps və Ndorobo xalqlarının mədəniyyətini özündə əks etdirir.
Vasileya Zaçou
Vasileya Zaçou (d. 24 aprel 1994) — Yunanıstanı təmsil edən bədii gimnast. Vasileya Zaçou 2012-ci ildə Yunanıstanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Vasileya Zaçou 2012-ci ildə Yunanıstan bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yeleni Doika, Alexia Kiriazi, Evdokia Loukanqkou, Stavroula Samara, və Marianti Zafeiriou ilə birgə təsnifat mərhələsində 51.875 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Haim Yosef Zadok
Haim Yosef Zadok (ivr. ‏חיים יוסף צדוק‏‎; 2 oktyabr 1913[…] – 15 avqust 2002, Almaniya Federativ Respublikası) — İsrail hüquqşünası, ədliyyə naziri və siyasətçisi idi. == Həyatı == Zadok 1913-cü ildə Avstriya-Macarıstan (indiki Ukrayna) Şərqi Qalisiya bölgəsindəki Rava-Ruskada anadan olmuşdur. Varşava Universitetində fəlsəfə və yəhudi təhsili almışdır. Polşadakı Gordonia gənclər hərəkatının və "Poale Zion Federasiyası" Partiyasının üzvü idi. 1935-ci ildə Məcburi Fələstinə köç etdi və Haqana və Yəhudi Yaşayış Polisinə qoşuldu. İbrani Universitetində hüquq təhsili almış və hüquqşünas kimi təsdiqlənmişdir. 1948-ci il ərəb-İsrail müharibəsi zamanı Baş Hərbi Prokurorluğunda vəkil kimi İDF-yə qoşuldu. 1949-cu ildə Baş prokurorun müavini kimi Ədliyyə Nazirliyinin qanunverici şöbəsinə qatıldı, 1952-ci ilə qədər işlətdi.
Naço (futbolçu)
Naço — İspaniyanın Real Madrid futbol klubunun müdafiəcisi. Naço 1990-cı il 26 yanvarda İspaniyanın paytaxı olan Madrid şəhərində doğulub. Karyerası boyunca sadəcə Real Madrid klubunun formasını geyinib. İspaniya milli futbol komandasının heyətində çıxış edib. Real Madriddə 89 oyunda 3 qol vurub. Birinci qolunu Santyaqo Bernabeu stadionundakı Real Madrid-Alaves FK oyununda vurub. Oyun Real Madrid klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. 2-ci qolunu isə 37-ci turda Sevilya ilə oyunda cərimə zərbəsindən vurub. Oyun Real Madridin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu oyunda qolları Ronaldo (2), Naço və Toni Kroos vurub.
Zack və Cody Gəmidə
Zak və Kodinin gəmidəki macəraları (İngiliscə: The Suit Life On Deck) bir Disney Channel orijinal serialıdır. Zak və Kodinin əla həyatının davam serialıdır. Bu serialda Zak və Kodi yenə vardır. Amma bu səfər Tipton Hoteldə yox, S.S. Tiptondadırlar. Orada 7 Dəniz məktəbi adlı məktəbə gedərlər. Yeni dostlar taparlar. Serialın köhnə aktyor heyətində kiçik bir dəyişiklik olub. Eşli Tisdl yerinə Debbi Rayan (Beyli Pikket) gəlmişdir. Meddi (Eşli Tisdl) Bostonda universitetə getmişdir; ona görə bu səyahətdə yoxdur, lakin "Meddi gəmidədir" adlı seriyada seriala qonaq kimi gəlmişdir. Serial ilk əvvəl Disney Channelda yayımlandı.Sonra Disney XD ilə bərabər yayımlandı.İndi isə həm Disney XDdə həm də Disney Channelda yayımlanır.