Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qızqayıt Həsənova
Qızqayıt Salman qızı Həsənova (1924, Xırmandalı, Biləsuvar rayonu – 22 avqust 2012, Xırmandalı, Biləsuvar rayonu) — Azərbaycan pambıqçısı, Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyatı == Qızqayıt Həsənova 1924-cü ildə hazırkı Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olub. Əmək fəaliyyətinə sıravi kolxozçu kimi başlayıb. Pambıqçılıqda yüksək əmək göstəricilərinə görə o, 1948-ci ildə "Lenin" ordeni ilə təltif olunub, Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb. 1953-cü ildən 1996-cı ilə kimi Xırmandalı kəndindəki Telman adına kolxozun sədri işləyib. Qızqayıt Həsənova 1975-ci ildə Kənd Təsərrüfatı Akademiyasını bitirib. 1984-cü ildə Telman adına kolxoza Qızqayıt Həsənovanın adı verilib. Qızqayıt Həsənova V–VI çağırış SSRİ Ali Sovetinin, II–X çağırışlar olmaqla 9 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, dəfələrlə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü, Azərbaycan KP Biləsuvar rayon komitəsinin büro üzvü seçilib. Məşhəd, Kərbəla və Həcc ziyarətlərində olub. Sosialist Əməyi Qəhrəmanı Qızqayıt Salman qızı Həsənova 2012-ci ildə 88 yaşında vəfat edib.
Mehrdad İzadi
Mehrdad İzadi (ing. Michael Mehrdad R.S.C. Izady; 1963) — kürd əsilli İran alimi. Onun maraq dairələri xüsusilə Yaxın Şərq və kürdlərdir. == Karyera == İzadi altı il Harvard Universitetində Yaxın Şərq Dilləri və Sivilizasiyaları Fakültəsində dərs demişdir. O, Yaxın Şərq və Cənub-şərqi Avropa mövzularında bir çox kitab və məqalənin müəllifidir. İzadi 2001-ci ildən Fordhem Universiteti, Nyu-York Texnologiya İnstitutu və Peys Universitetində müəllimidir. İzadi Laçın və Kəlbəcərin işğalında kürdlərin qovulmasına ermənilərin gətirdiyi arqumentləri rədd edərək belə bir ritorik sual verir: "Sən də, Ermənistan"? == Tənqidi == Erməni kürdşünas və İranşünas Qarnik Asatryan İzadinin kitabı olan "Kürdlər. Qısa əl kitabı" əsərini "fantasmaqorik" adlandırmışdır. İranşünas Riçard Folts qeyd edir ki, "Yəzdanizm adlı pankürd protodini müasir kürd alimi Mehrdad İzadinin uydurmasıdır".