Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İblislə sövdələşmə (film, 2006)
İblislə sövdələşmə (ing. The Covenant) — ABŞ istehsalı olan fantastika, döyüş və qorxu janrlı film. Rejissor Renni Harlinin lentə aldığı bu film 2006-cı ildə işıq üzü görüb. Baş rollara Stiven Streyt, Sebastian Sten, Tobi Heminqvey və Laura Hemsey çəkiliblər. Film ABŞ və dünyada 8 sentyabr 2006-cı ildə təqdim olunub. == Məzmun == 1692-ci ildə Massaçusets İpsviç kaloniyasında sirli qüvvələrə sahib 5 ailə sahib olduqları gücləri sirr tutacaqlarına dair and içmişdilər. Lakin aralarından bir ailənin bu sirri pozması nəticəsində digər ailələr tərəfindən aralarından uzaqlaşdırıldı, yalnız o günə qədər... Seçilmiş yaxşı məktəb olan Spencer Akademiyasının dört gənc tələbəsi əjdadlarından qalan bu güclərə sahibdirlər. Hər biri 1600-cü illərdə İpsviç Koloniyasında yaşayan ailələrin mirascısı olaraq həmin xüsusi qüvvələrlə birlikdə dünyaya gəliblər. Uşaqlıqdan bəri birlikdə böyüyüblər.