Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İzomer
İzomerlər – molekullarının tərkibi eyni olub, kimyəvi quruluşu və xassələri ilə bir-birindən fərqlənən maddələrə deyilir. Bərabər hissələrdən ibarət, başqa sözlə, eyni brutto formula malik olan deməkdir; tautomeriya – izomerliyin bir növüdür və bu izomerlik zamanı tautomerlərin sürətlə bir-birinə çevrilməsi baş verir. “Tautomeriya” terminini (yunan sözü tautos – “həmin özü”, meros – “hissə”) 1885-ci ildə alman kimyaçısı Konrad Laar (1853-1929) daxil etmişdir. O, sian turşusunun iki formasının prototrop çevrilməsini öyrənmişdir. “Prototrop” sözündə birinci hissə hidrogen atomunun (protonun) miqrasiyasını göstərir, ikinci hissə yunan tropos – “istiqamət, üsul, xarakter” sözündəndir. İzomerləşmə - üzvi birləşmənin tərkib və molekul kütləsi dəyişilmədən başqa quruluşlu birləşməyə çevrilməsidir. İzomerləşmədə molekulun karbon skleti, funksional qrupların xarakteri, yaxud onların molekulda yerləşmə ardıcıllığı dəyişir, bəzən karbon atomları tsikli kiçilir (böyüyür). İzomerlik- bəzi kimyəvi birləşmələrin öz tərkibini və molekul kütləsini dəyişmədən fəza quruluşunu dəyişməsi, nəticədə yeni fiziki-kimyəvi xassələr kəsb etməsi. Alınan birləçşmə izomer adlanır. Sklet izomeri molekulun skletini əmələgətirən karbon atomlarının müxtəlif formalarda birləşməsindən yaranır.
İzoterm
İzoterm — iqlim xəritələrində müəyyən vaxt ərzində orta temperaturu eyni olan müxtəlif yerləri birləşdirən izoxət. Yer kürəsinin ilk izoterm xəritəsini 1817-ci ildə A.Humboltd tərtib etmişdir.
Isomeria
Cyanthillium (lat. Cyanthillium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Cyanopis Blume === Heterotipik sinonimləri === Claotrachelus Zoll. Isomeria D.Don ex DC. Isonema Cass. Triplotaxis Hutch.
İzometrik görünüş
İzometrik görünüş (ing. isometric view, rus. изометрическое представление, türk. izometrik görünüm) – kompüter qrafikasında: fəza fiqurlarını və ya obyektlərini üç ölçüdə – hündürlük və enlə, ancaq dərinliklə verilə bilən perspektivi dəyişmədən göstərən təqdimolunma üsulu. Məsələn, kubun izometrik görünüşünü yaradan rəsm proqramı onun tərəfini dərinlik fərqi olmaqla hündürlüyünə və eninə birin-birə nisbətində göstərir; yəni uzun tərəflər perspektivdə olan görüntü kimi məsafə artdıqca qısalmır. İzometrik görünüşün üstünlüyü ondadır ki, görüntünün hər bir tərəfinin uzunluğu şəklin miqyasına nisbətdə həmişə "düzgün", dəqiq olur. Tut: PERSPECTIVE VIEW. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Paraphytoseius ipomeai
Paraphytoseius orientalis (lat. Paraphytoseius orientalis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraphytoseius cinsinə aid heyvan növü.
Barmaq izləri
Barmaq izi - hər şəxsin DNT proqramında yaradılışdan mövcud olub embriyonik dövrdə barmaqların ucunu örtən dərinin Əzəli Nəqqaş və Hafizi Əbədinin sonsuz elm və qüdrəti ilə işlənməsi nəticəsində meydana gətirilir. Barmaq izləri müxtəlif cinayətlərin açılmasında istifadə edilməkdədir. Barmaq uclarındakı dəri qabarmalarının təşkil etdiyi naxışlar, bir-birini kəsən və ya bir-birinə paralel, oval yaxud dairəvi cizgilərin hərəkətləri ilə meydana çıxarılır. Mürəkkəblə tam islanmış bir süngərə toxundurulan barmaq daha sonra bir kağıza basılarsa, barmaq ucundakı naxış mürəkkəb sayəsində kağıza keçər. Bu formada arxivlənən barmaq izləri, gələcəkdə meydana gələ biləcək şübhəli bir vəziyyətdə yeni izlərlə müqayisə edilərək dəyərləndirilir. Dərimizin hər tərəfinə paylanan tər bezləri, vücudumuzun hər bölgəsində müxtəlif sıxlıqdadır. Barmaq uclarımıza da bir çox tər bezi yerləşdirilmişdir. Barmağımızla hər hansı bir əşyaya toxunduqda tər bezlərinin deşiklərindən çıxan tərimiz, toxunduğumuz yerdə qalır və barmaq izi naxışımızın həmin yerə keçməsinə səbəb olur. Barmaq izini buraxan tərin doxsan doqquz faizi sudur. Qalan bir faizlik qismində yağ turşuları, yağ, esterlər, amin turşusu və duzlar var.
Françeska Pomeri
Françeska Pomeri (d. 18 fevral 1993) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Françeska Pomeri, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Öməri mədəniyyəti
Öməri mədəniyyəti — Aşağı Misirdə, Həluan şəhərindən 3 kilometr (1.9 mil) şimal-şərqdə Neolit dövrünə, e.ə. VI minillik aid yaşayış yeri. Misir arxeoloqu Əmin Ömərinin şərəfinə adlandırılmışdır. Yüngül materiallardan hörülmüş komaların heyvan sümüklərinin və dəniz ilbizinin qalıqları aşkar edilmişdir. Komalar arasında taxil quyuları və qəbirlər tapılmışdır. Əmək alətləri çaxmaqdaşıdan düzəldilmiş bıçaqlar, bıçaqvarı lövhələr, oraq dişləri, toxalar və dən dən daşlarından, saxsı məmulatı isə tərkibinə saman qatılmış qırmızı və qara rəngli gildən əldə düzəldilmiş qablardan ibarət idi. Bazaltdan hazırlanmış daş qablar gətirilmə hesab edilir. Öməri mədəniyyətinin yayıldığı ərazidə yaşayan əhali əkinçilik (buğda, arpa, çəlnoxud və s.) və ehtimal ki, maldarlıqla (keçi və iribuynuzlu mal-qara) məşğul olmuşdur.
Əbdüləziz əl-Öməri
Əbdüləziz əl-Öməri (ərəb. عبد العزيز العمري‎; 28 may 1979, Əsir bölgəsi[d] – 11 sentyabr 2001) — Səudiyyə hava limanının təhlükəsizlik işçisi və 11 sentyabr terror aktları çərçivəsində Amerika Hava Yolları reys 11 təyyarəsini qaçıran beş nəfərdən biri olan imam. əl-Öməri ABŞ-yə 2001-ci ilin iyun ayında Visa Express proqramı ilə alınan turizm vizası ilə gəldi. 11 sentyabr 2001-ci ildə Öməri Amerika Hava Yolları reys 11-ə mindi və koordinasiyalı hücumlar çərçivəsində Dünya Ticarət Mərkəzinin Şimal Qülləsinə çırpılan təyyarənin qaçırılmasına kömək etdi. Əl-Ömərinin həyatı haqqında az şey bilinir və bəzi məlumatların Öməri ya da bu adla başqa bir şəxsə aid olub olmadığı aydın deyil. O, 28 May 1979-cu il təvəllüd tarixindən istifadə edirdi. Qeyd olunur ki, orta məktəbi fərqlənmə diplomu ilə bitirmiş, İmam Məhəmməd ibn Səud İslam Universitetindən dərəcə almış, evli olmuş və hücumlardan qısa müddət əvvəl qızı doğulmuşdur.
İbn Fəzlullah Öməri
İbn Fəzlullah Öməri (20 iyun 1301 və ya 1301, Dəməşq, Məmlük dövləti – 28 fevral 1349 və ya 1349, Dəməşq, Məmlük dövləti) — ərəb alimi, coğrafiyaçısı, tarixçisi, və ensiklopedisti. 1301-ci ildə Dəməşqdə anadan olmuşdur. Təhsilini Misirdə almışdır. Misir sultanının katibi vəzifəsini öz varisi kimi atasından almışdır. Məmlük dövlətinin arxivlərinə giriş imkanı var idi. Onun əsərlərində təqdim olunan məlumatların çoxuna heç bir müəllifdə rast gəlinmir.