Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çyornıy adası
Çyornıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Qusinnıy yarımadasından 100 metr şərqdə yerləşir. Komsomoles adasından 4 km şimalda Qırmızı Ordu boğazında qərarlaşır. == Xüsusiyyətləri == Şimaldan-cənuba 1,2 km məsafədə uzanır. Eni 1 km-dir. Şimalı qayalıqdır. Cənub hissəsində buxta vardır. Buxtada kiçik adsız adalar vardır.
Ebbi Korniş
Ebbi Korniş — avstraliyalı Hollivud aktrisası və repçi. 13 yaşında fotomodel olub, 15 yaşından isə filmlərə çəkilməyə başlayıb. 1997-ci ildən 1999-cu ilə qədər "Vəhşi tərəf" serialının yeddi epizodunda rol alıb. 2001-ci ildə "Outriders" serialında baş rolu oynayıb. "Kendi" (2006), "Yaxşı il" (2006), "Parlaq ulduz" (2009), "Qadağan olunmuş fənd" (2011), "Biz sevgiyə inanırıq" (2011), "Robokop" (2014) filmlərindəki rolları ilə şöhrət qazanıb. == Bioqrafiyası == === Uşaqlıq illəri === Ebbi Korniş, 7 avqust 1982-ci ildə, Avstraliyanın, Yeni Cənubi Uels əyalətində, Şilley və Berri Kornişlərin beş övladlarından ikincisi olaraq dünyaya gəlib.
Korney Çukovski
Nikolay Vasilyeviç Korneyçukov (rus. Корне́й Ива́нович Чуко́вский) — rus yazıçısı. == Həyatı == == Yaradıcılığı == Korney Çukovski bədii tərcümənin (poetik tərcümə bədii tərcümənin ən çətin sahəsidir) yüksək sənətkarlıq proqramını belə təsəvvür edirdi: tərcüməçinin yaradıcılıq ilhamı yalnız o vaxt səmərəli ola bilər ki, o, orijinaldan ayrılmasın, amma hərfən, yəni sözbəsöz, kəlmə-kəlmə tərcümə üsulundan yaxasını qurtarsın, təbəssümü təbəssümlə, musiqini musiqiylə, səmimiliyi səmimiliklə təcəssüm etdirsin, fikrin kəskinliyini, hissin dərinliyini, obrazın parlaqlığını, rənglərin və səslərin füsunkarlığını, intonasiyanın ahəngdarlığını oxucuya çatdırsın. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Сказки К. И. Чуковского Отдав искусству жизнь без сдачи — сайт К. И. и Л. К. Чуковских Сообщество в Живом Журнале, посвященное семье Чуковских Корней Чуковский стихи в Антологии русской поэзии Чукоккала — Самое полное издание знаменитого альманаха Е. Чуковская «Тень будущего» И. Шевелев «Корней с тараканищем» М. Петровский «Крокодил в Петрограде» Рецензия на книгу Е. Ивановой «Чуковский и Жаботинский. История взаимоотношений в текстах и комментариях» рецензия на книгу И. Лукьяновой «Корней Чуковский». Корней (Николай) Иванович (Васильевич) Чуковский (Корнейчуков) Михаил Золотоносов.
Çorniy burnu
Çorniy burnu (ukr. Чорний) — Krımın qərbində, Çornomorski rayonu ərazisində yerləşən burun. Qara dənizin Karkinit körfəzinin daxilinə uzanır. Mejbodnoe kəndindən qərbdə yerləşir. Sahillərində Yarılqaç buxtası vardır. Burunda 1939-cu ildə mayak və naviqasiya işarəsi quraşdırılmışdır.