Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ameno
Ameno – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı debüt albomu olan Era albomundan olan ilk rəsmi sinql. Sinql arada bir il fərqlə üç ölkədə satışa çıxarılmışdır. Mahnıya həmçinin klip də çəkilmişdir. Mahnının musiqisi Eric Leviyə məxsusdur, mahnı uydurma dildə - psevdo-latın dilində yazılmışdır. Yəni, sözlər fonetik cəhətdən latın dilinə bənzəyir, lakin əslində heç bir məna kəsb etmir.
Jorj Simenon
Jorj Simenon (13 fevral 1903[…], Lyej, Valloniya[d] – 4 sentyabr 1989[…], Lozanna) — Fransızca yazmış Belçika yazıçısı. == Həyatı == O, 1903-cü ildə Belçikanın Lyej şəhərində anadan olmuşdur. Varlı balaların təhsil aldığı məktəbdə oxuyan Jorj Simenon sonralar təhsil illərini,yaşadığı şəhəri, bazar günləri qonaq getdikləri qohum ailələrini dönə-dönə xatırlayıb. Gözəl rəssam yaddaşına malik olan yazıçı uzun illər gözəl gördüyü bir mənzərəni, burjua intriqalarını dəqiqliklkə təsvir edib.Jorj Simenonun əsərlərində öz obrazını tanıyanlar yazıçını dəfələrlə məhkəməyə veriblər. Gördüklərini, duyduqlarını dəqiq təsvir etmək bacarığı böyük sənətkarlara xas xüsusiyyətdir.Simenonun bu sahədəki uğurları Qoqolun yaradıcılığı ilə əlaqələndirilir, deyirdi ki, Qoqol mənə, gənc belçikalıya özümü Rusiyada hiss etməyə, onun genişliyini,gözəl mənzərələrini görüb, adətlər, qeyri-adi zövqlərlə, sərt təzadlarla tanış olmağa imkan verdi. Mənim oxucum da özünü əsərdə əhvalatlar baş verən öılkənin, şəhərin, evin, mənzilin sakini saymalıdır. == Yaradıcılığı == Jorj Simenon Çexov və Dostoyevski yaradıclığına da yüksək qiymət verir və onları özünün müəllimləri adlandırırdı. On beş yaşında ikən Simenon, məktəbi bitirməyinə bir il qalmış, təhsilinin yarımçıq qoyur, əvvəl kitab mağazasında satıcı, sonra isə yerli qəzetlərin birində işləyir. Həmin dövrdə Simenon gənc şair və rəssamların dərnəyinin fəal üzvlərindən idi. Bu dərnəkdə müasir incəsənətin problemləri haqda ciddi mübahisələr gedirdi.
İmenti-xenti
Bubastis (q.yun. Βουβαστίτης νομός) və ya İmet-xenti (q.misir 𓈳; "cənub şahzadəsi"), — Qədim Misirdə inzibati rayon (nom). Araviya Aşağı Misirdə yerləşirdi və regionda sayca on səkkizinci nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "İmti-xenti", "İm-xent", "Amti-xenti" və "Am-xent" daxildir. Tədqiqatda bu nom adətən "L18" adlandırılır.
İsenjo (rayon)
İsenjo (fr. Yssingeaux) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Luara. Suprefektura — İsenjo. Rayon əhalisi 2006-cı ildə 79 025 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 68 nəf / km². Rayon sahəsi — 1160 km².
Haruka Tenno
Seylor Uran (セーラーウラヌス, Sērā Uranusu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Haruka Tenno (天王 はるか, Ten'ō Haruka, ingilis versiyasında Amara Tenno) olan Seylor Uran yapon tələbədir. Seylor Uran Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Uran daim partneri və sevgilisi Seylor Neptun ilə birlikdə gəzir, kişi kimi geyinir. küləyi idarə edə bilir, yaxşı qılınc oynadır, prekoqnitiv güclərə malikdir. == Profil == Haruka inadcıl, qoruyucu, amma əzmkar, bacarıqlı, heyranedici və çılğındır. Haruka ilk dəfə hekayənin 3-cü hissəsində peyda olmuşdur. Bundan əvvəl isə Seylor Neptunla birlikdə "Seylor Mun S"-in "qısa reklam filmi" hesab olunan 89-cu seriyasında silueti görünmüşdür. Seylor döyüşçüləri arasında ən hündür ikinci üzvdür (175 sm), birincisi isə Seylor Plutondur. (179 sm) 16 yaşında olmasına baxmayaraq Haruka avtoidman sürücüsüdür.
Menni Pakyao
Menni Pakyao — Filippinli boksçu. == Karyerası == Filippinli Menni Pakyao bütün 7 çəki kateqoriyasının hamısında çempionluq kəmərini qazanan ilk boksçu kimi tarixə düşüb. 2021-ci ilin sentyabrında Manny Pacquiao 2022-ci il prezident seçkilərində namizəd olacağını elan etdi.. == Döyüşləri == Menni Pakyao karyerası ərzində 56 qələbə qazanıb, 5 dəfə məğlub olub. Qələbələrdən 38-də nokaut qeydə alınıb.
Almenno San Bartolomeo
Almenno San Bartolomeo(it. Almenno San Bartolomeo) — İtaliyada şəhər və kommuna. İtaliyanın Lombardiya regionunda yerləşir və Berqamo əyalətinin inzibati mərkəzinə tabedir. Əhalisi 2019-cu ilin məlumatlarına görə 6373 nəfər, əhalinin sıxlığı 611 nəfər/km²-dir. Ərzisi 10,42 km² ərazini tutur. Poçt kodu — 24030. Telefon kodu — 00035.
Almenno San Salvatore
Almenno San Salvatore (it. Almenno San Salvatore) — İtaliyada, Lombardiya bölgəsində , Berqamo (vilayət) inzibati mərkəzinə tabe olan bir şəhərdir. Əhalisi 5679 sakin, əhali sıxlığı 1196 nəfər / km²-dir. Sahəsi 4.75 km² ərazini əhatə edir. Poçt kodu — 24031. Telefon kodu — 00035. Şəhərin hamisi İsa Məsih sayılır. Şəhər bayramı 6 avqusttdadır. Həmçinin 2 fevraldada bayram edilir.
Qabdrəhim Utız İməni
Qabdrəhim Utız İməni əl-Bulqari (əsl adı — Qabdrəhim Osman; başq. Ğәbdеrəhim әl-Bolğari, tat. Qаbderəhim Qosman uqılı Utız-İməni əl-Bulqari; d.1752 — ö.1836 (bəzi mənbələrə görə 1754–1834) — tatar və başqırd şairi, alim, din xadimi və maarifçi. İslam dünyasında həmçinin qədim Quranın itirilmiş hissələrinin bərpaçısı kimi tanınan alim (Xəlifə Osmanın yazdığı Quranı). == Həyatı == Bioqrafik məlumatlar ziddiyyətlidir. Belə ki, Q. Qaziz, K. Nasıri, Q. Rahim və Q. Saqdinin fikrincə Qabdrəhim Utız İməni 1730-cu ildə anadan olub, və 1815-ci (yaxud 1816-cı) ildə vəfat edib. Lakin ənənəvi versiyalara inansaq Qabdrəhim 1754-cü ildə anadan olub. Atası Osman, onun anadan olmasına qədər vəfat edib və anası Qafifa Qabdrəhimin də anadan olduğu doğma kəndi Utız-İmənə qayıtmağa məcbur olmuşdu. Qabdrəhim in 2–3 yaşı olanda anası da vəfat edir. O, qohumlarının himayəsində böyüyüb başa çatır.
Vomel Brendi Mento
Vomel Brendi Mento (17 iyul 1997) — Vanuatulu atlet. Vomel Brendi Mento Vanuatunu 2015-ci ildə XV Yüngül atletika üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Vomel Brendi Mento birinci dəfə Dünya çempinatına 2015-ci ildə qatıldı. O, Çinin Pekin şəhərində baş tutan XXX Yüngül atletika üzrə Dünya Çempionatında 100 metr məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 11.17 saniyəlik nəticə ilə 18-ci yeri tutdu və mübarizəni dayandırdı. Bu nəticə onun karyerası boyunca ən yaxşı nəticəsi hesab olunur.
İmeni Aleksandra Kosmodemyanskoqo
İmeni Aleksandra Kosmodemyanskoqo (rus. и́мени Алекса́ндра Космодемья́нского) — Rusiyanın Kalininqrad vilayətinin Kalininqrad şəhərinin Mərkəzi İnzibati Rayonunda mikrorayon. Əvvəllər alman dilində Metqethen adı ilə əvvəlcə şəhər mərkəzindən qərbdə yerləşən Köniqsberqin qəsəbəsi, sonra isə şəhərin əsas hissəsi idi. == Tarixi == Vistula Laqonun (Kalin ipinqrad körfəzi) şimalında,"Kaporner Heath"da yerləşən Metqethen kəndi ilk dəfə 1278-ci ildə Tevtonik ordeni salnamələrində Myntigeite olaraq adı çəkilir. Bu zaman Landmeister Konrad von Terberq əkin sahəsinin bir hissəsini Regune adlı prusslara verdi. "Metgethen" sonuncu ad olaraq öz qızını On üç illik müharibənin komandiri və Erhard Ernst von Röderin əcdadı Kristof fon Röderlə evləndirənə qədər,yəni 1482-ci ilə qədər idi. Onun malikanəsi 1760-cı ildə bir İtalyan memar tərəfindən inşa edilmişdir.Metqethen bir villa ətrafında böyüməyə başladı. Günlük səfərlər üçün məşhur bir yer idi, xüsusən də Vierbrüderkrug mehmanxanası və 13-cü əsrdə Sudovilər tərəfindən öldürülmüş Tevtonik Cəngavərlərin dörd ögey qardaşının əfsanəsinin şərəfinə Vierbrüdersäule abidəsi. Ətraf ərazidə Şərqi Prussiya qadınları üçün məktəb olan Landfrauenschule Metgethen, həmçinin yanğınsöndürmə akademiyası və bədən tərbiyəsi müəllimləri yetişdirmək üçün bir Volkssportschule vardı. Kənd üçün olan kilsə isə tacir Qustav Brun tərəfindən maliyyələşdirilmiş və 1924-1925-ci illərdə Edmund May tərəfindən inşa edilmişdir.
Enno Littmann
Enno Littmann (alm. Ludwig Richard Enno Littmann‎; 16 sentyabr 1875 - 4 may 1858) — Almaniya dilçisi və şərqşünası. == Həyatı == Enno Littmann 16 sentyabr 1875-ci ildə Şimali Almanyanın Oldenburq şəhərində doğuldu. Atasının yabançı dillərə ilgi duyan və evində dillə ilgili müxtəlif kitablar saxlayan bir mətbəəçi olmasının da təsiriylə hələ lisey şagirdi ikən Yunanca, Latınca, Fransızca, İngiliscə, İtalyanca, İspanca və Ortaşərq dillərinin əsaslarını öyrəndi; ayrıca yay tətillərində getdiyi qohumlarının yanında Şimali Almancası ilə fasih Almanca arasındakı fərqliliklər üzərinə çalışdı. 1895-1898-ci illərdə Berlin, Greifswald, Halle və Strasburq universitetlərində dilçilik oxudu; ən önəmli müəllimləri Sami dilləri və əruz mütəxəssisi Franz Praetorius, ilahiyatçı və tarixçi Emil Kautsch, tarixçi Eduard Meyer, Germanist Otto Bremer və Həbəş dilləri mütəxəssisi Avqust Dilmanndır. 1898-ci ildə İbranicə və din dərsləri müəllimliyilə Almanca, Latınca və İngiliscə tələbə yardımçılığı imtahanlarını qazanan Littmann, bir neça ay sonra Həbəşistanın Tigre dilində feillər üzərinə hazırladığı dissertasiya ilə dilçilik doktoru oldu və Strasburq Universitetində Teodor Nöldeke ilə birlikdə çalışmağa başladı. 1899-1900-cü illərdə Amerika Princeton Universitetinin Orta Şərqə hazırladığı arkeoloji bir araşdırma gəzintisinə qatıldı. 1901-ci ildə bu universitetinin Şərq dilləri bölümünə müəllim təyin edildi və 1906-cı ilə qədər vəzifəsini sürdürdü; bu arada 1904-1905-ci illərdə ikinci dəfa Suriya və Fələstinə bir araşdırma gəzintisi etdi. 1906-cı ildə Strasburq Universitetində Nöldekedən boşalan Şərqşünaslıq Mərkəzinin müdirliyinə gətirildi və 1951-ci ildə buradan əməkliyə ayrıldı. Uzun akademik həyatı boyunca Göttingen, Bonn və Tübingen universitetlərində qısa müddətlərlə müəllim olaraq çalışdı; konfranslar vermək və Qahirə Akademiyasının toplantılarına qatılmak üzrə sıx-sıx Misirə getdi.
Stiven Mənn
Stiven Mənn — ABŞ diplomatı. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuşdur.
İmən (Baltas)
İmən (rus. Имяново, başq. Имән) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 169 nəfərdir. == Etimologiya == İmən Başqırd dilində "Ad" (rus. Имя, İmiya) deməkdir. Kəndin adı İman/İmiya antroponimindən gəlir.. == Tarixi == Kantonun idarəetməsi dövründə İmən kəndi 10-cu kantonun 24-cü alaçığına aid idi. Tanıp volostunun Kır-Tanıp tubasına aid idi.