Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pikasso
Pablo Ruiz Pikasso (isp. Pablo Ruiz Picasso; 25 oktyabr 1881, Malaqa, İspaniya — 8 aprel 1973, Müjen, Fransa), tam adı Pablo Dieqo Xose Fransisko de Paula Xuan Nepomuseno Mariya de los Remedios Sipriano de la Santisima Trinidad Martir Patrisio Ruiz i Pikasso (isp. Pablo Diego José Francisco de Paula Juan Nepomuceno María de los Remedios Cipriano de la Santísima Trinidad Martyr Patricio Ruíz y Picasso) — ispan, fransız rəssamı, heykəltaraşı, qrafiki, keramisti və dizayneri, XX əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən biri. Jorj Brakla birlikdə üçsəthli cismin orijinal tərzdə bir yerdə yerləşdirlimiş səthlər sırası kimi təsvir edildiyi kubizm cərəyanının banisidir. Ən məşhur əsərləri sırasında erkən-kubist "Avinyonlu qızlar" (Les Demoiselles d'Avignon, 1907) və İspaniya vətəndaş müharibəsi zamanı dinc Gernika şəhərinin alman Kondor Legionu tərəfindən bombalanmasına həsr edilmiş "Gernika" (Guernica, 1937) əsəri xüsusi qeyd edilə bilər. Pikasso uşaqlığından gəncliyinədək realistik tərzdə rəsmlər çəkməklə əsrarəngiz incəsənət bacarığı nümayiş etdirib. XX əsrin ilk onilliyində yeni mülahizələri, texnikaları və düşüncələri ilə təcrübə apardığından onun incəsənətdə istiqaməti dəyişmişdir. Pikassonun yaradıcılıq bacarığı özünü rəssamlıq, heykəltaraşlıq və dizaynla yanaşı, digər çoxsaylı təsviri və tətbiqi-incəsənət sahələrində də göstərirdi. Pikassonun yaradıcılıqda çevriliş etmiş nailiyyətləri ona dünya şöhrəti və həyatı boyu sərhədsiz uğurlar gətirmişdir ki, bu da onu XX əsr incəsənətinin ən məşhur şəxsiyyəti edib. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Pablo Pikasso