Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnfuzorlar
İnfuzorlar ya kirpiklilər (lat. Ciliophora) — İbtidailərin Alveolata tipüstünə aid olan tipdir. Hərəkət orqanoidi olan kirpik aparatının mövcudluğudur. İnfuzorların ikinci mühüm əlaməti – onların bədənində keyfiyyətcə müxtəlif ən azı iki nüvənin olmasıdır. Bunlardan biri – iri vegetativ nüvə olan makronukleus, ikincisi isə ondan xeyli kiçik olan mikronukleusdur. İnfuzorların böyük əksəriyyəti kirpiklərə (Ciliata), xeyli kiçik qrupu isə soruculara (Suctoria) aiddir. Sorucu infuzorlar ancaq müəyyən həyat mərhələlərində kirpiklərlə təchiz olunurlar, qalan vaxtlar isə hərəkət orqanoidindən məhrum olurlar. İnfuzorlar – birhüceyrəli orqanizmlər yarımaləmində ən böyük tipdir (8000-dən artıq növü var). Onlar Yer kürəsində geniş yayılaraq həm su, həm də quru ekosistemlərinin tərkibinə daxildirlər. Hazırda infuzorlar 20-dən artıq dəstədə, 160-dan çox fəsilədə birləşirlər.
Kirpikli infuzorlar
Kirpikli infuzorlar (lat. Oligohymenophorea) İbtidailərin infuzorlar tipinə aid sinif. Bu sinfə daxil olan nümayəndələrin bədəni xaricdən çoxlu sayda kirpikİərlə örtülmüşdür. Bədəndə, 2 cür nüvə vardır. Çoxalma qeyri-cinsi və cinsi yolla baş verir. Tənəffüs bədən səthi ilə tənzim olunur. Həzm və ifrazat sistemi həzm qovuqcuqlarından, iki ədəd yığılıb-açılan qovuqcuqdan və tullantı dəliyindən ibarətdir. Sərbəst yaşayan və parazit nümayəndələri vardır.
İnfuzor-tərlik
İnfuzor-tərlik, quyruqlu tərlik (lat. Paramecium caudatum) — Sadə birhüceyrəli orqanizmlərin infuzorlar tipinin tərliklər (Paramecium) cinsinə aid növ. İnfuzor-tərlik su hövzələrində yaşayır. Tərliyin bədəni xaricdən qılafla örtülmüşdür. Bədən üzərində çoxlu miqdarda kirpiciklər və qısa çöpcüklər vardır. Kirpikİər tərliyin üzməsində, qidalanmasında rol oynayır. Nisbətən uzun kirpikİər olan yerdən nov-şəkilli yarıqda ağız dəliyi və onun qurtaracağında qısa udlaq yerləşir. Tərlik qıcıqlandırıldıqda qısa çöpcüklər iy şəkİində xaricə çıxır, düşmənin, yaxud ovun bədəninə sancılır və yəqin ki, dələnmiş orqanizmə zəhərli maddə daxil etməkİə onu iflic edir. Tərliyin iki nüvəsi vardır: böyük nüvə və kiçik nüvə. Bunlar sitoplazmadan məsaməli nazik qılafla ayrılmışdır.
Kirpiklilər və ya İnfuzorlar
Bir çox mütəxəssislər bu taksonda 30 000-dən çox növün olduğunu bildirir. Sərbəstyaşayan və parazitlik edən infuzorlar ayırd edilir. İnfuzorların ən geniş yayılmış növü infuzor tərlikdir (Paramecium caudatum). Əsasən, dənizlərdə və şirin su hövzələrində, bentos və planktonların tərkibində yaşayırlar. Torpaqda və mamırlarda yaşayan nifuzorlar da mövcuddur. Bu canlıların əksər hissəsi digər heyvanlarla (əsasən, həlqəvi qurdlar, molyusklar, balıqlar, amfibilər, məməlilər) kommensal, simbiont və parazitik münasibətlərdə olur. Bəzi kirpikli növləri (məsələn, Paramecium caudatum, Oxytricha trifallax) molekulyar biologiyada model obyekti qismində istifadə edilir. Sinif Növlər == Ümumi xarakteristikası == Onların bədənləri sabit və uzunsov formaya malik olub xaricdən sıx pellikula ilə əhatə olunur. Ölçüləri 10 mkm – 4.5 mm intervalında dəyişən bu canlıların iki nüvəsi vardır (makronukleus və mikronukleus). Vegetativ nüvə (makronukleus) hüceyrə daxilindəki maddələrin sintezinə cavabdehdir.