Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Komoe Milli Parkı
Komoe Milli Parkı — Afrika qitəsində, Kot-d'İvuarda milli park. Dünya irsi siyahısına düşə bilmişdir. == Haqqında == Komoe çayı ətrafındakı Komoe Milli Parkı bitki növlərindəki zənginliyi ilə məşhurdur. Eyni zamanda beynəlxalq qoruma altında olan quş növlərinin (qismən köçəri quşlar) və şimpanze, bəstəboy timsah kimi digər heyvanların da təbii həyat sahəsidir. 1,149,450 hektar sahəsi ilə geniş bir sahəni əhatə edir. Qaçaq ovlanma, mal sürülərinin həddindən artıq otarılması səbəbləriylə 2003-cü ildə Təhlükədə olan Ümumdünya irsi siyahısına girmişdir.