Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bistritsa
Bistritsa (rum. Bistrița) - Rumıniyanın şimalında şəhər. Bistritsa-Neseud judetinin inzibati mərkəzi. 2012-ci ilin məlumatına əsasən şəhərin 70 mindən çox əhalisi var. Şərqi Karpatın dağarası çuxurunda, Bistritsa çayının (Someş hövzəsi) sahilindədir. 12 əsrdə Transilvaniyanın şimalında Macarıstan kralı II Geza tərəfindən salınmış, Almaniyadan gəlmələrlə məskunlaşmışdır. İlk dəfə şəhər kimi 1264-cü ildə qeyd olunur. 13 əsrdən Bistritsaya macarların axını güclənmişdir. 1241–1242-ci illərdə monqollar tərəfindən dağıdılmışdır. 1353-cü ildə macar kralı Böyük Layoş şəhərə yarmarka keçirmək hüququ vermişdir.
Ustritsa
Stridiya — (Ostrea) molyusklar tipinin ikitaylılar sinifindən ilbiz. Çanaqlar bir-birinə bağlayıcı əzələlər ilə bağlanır. Substrata yapışdığına görə ayaq və bissus vəzisi reduksiya olunmuşdur. Suyu süzməklə qidalanır. Bir Stridiya suyun tempraturundan asılı olaraq saatda 1-3 litr suyu süzür. Ayrıcinsiyyətli və hermafroditdir. İriləri bir neçə mln yumurta verir. Stridiyaların çoxu tropik və subtropik dənizlərdə yaşayır. Vətəgə əhəmiyyəti var Qara dəniz və Yapon dənizində böyük ehtiyatı var. Yeyilir.
Banska-Bistritsa
Bаnskа Bistritsа (slovak. Banská Bystrica, alm. Neusohl‎, mac. Besztercebánya) — Slovakiyanın mərkəzində şəhər. Bаnskа Bistritsа bölgəsinin inzibati mərkəzidir. Əhali 83 min nəfərdir. == Demoqrafiya == 2005-ci ildə şəhərdə yaşayan əhali sayı 81,704 nəfər təşkil etdi.
Banska Bistritsa

Povajska Bistritsa
Povajska Bistritsa (slovak. Považská Bystrica, alm. Waagbistritz‎, mac. Vágbeszterce, bəzən rus. Поважская Быстрица) — Slovakiyanın şimal-qərbində Vaq çayının sahilində, Trençin bölgəsində şəhər. Əhalisi 42 320 nəfərdir (2004-cü il). Şəhərin adı ilk dəfə 1316-cı ildə macar səlnamələrində qeyd edilib. Şəhərin tarixi yaxınlıqda yerləşən və XIII əsrdə inşa edilən Bistritsa qəsri ilə sıx bağlıdır. 1918-ci ildə Bratislavadan buraya «Rot» silah istehsal edən zavod köçürülür və məhz bundan sonra, şəhərin sənayeləşdirilmə prosesinə start verilir. Povaj şəhəri bir neçə hissəyə bölünür, şəhər 11 kiçik rayona bölünür (bunlar əvvəllər müstəqil bələdiyyələr idi).
Banska Bistritsa bölgəsi
Banska Bistritsa diyarı (slovak. Banskobystrický kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Banska Bistritsa şəhəridir. Sahəsi 9454 km², əhalisi isə 661 343 nəfər (2001) təşkil edir. Banska Bistritsa diyarı Slovakiyanın mərkəzində yerləşir. Diyar Slovakiyanın Nitra, Trençin, Jilina, Preşov və Koşitse diyarları ilə, Macarıstan isə Peşt, Noqrad və Borşod Abauy Zemplen medyeləri ilə həmsərhəddir.
Banska Bistritsa diyarı

Bistritsa-Neseud (judets)
Bistritsa-Neseud judetsi (rum. Judeţul Bistriţa-Năsăud) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. == Əhalisi == Milli tərkibi: Rumınlar — 90,3 % Macarlar — 5,9 % Qaraçılar — 3,6 % Almanlar — 0,2 % Əhali sayının dinamikası: 1948–233 650 nəf. 1956–255 789 nəf. 1966–269 954 nəf. 1977–286 628 nəf. 1992–326 820 nəf. 2002–311 657 nəf. == İnzibati bölgüsü == Judetsə 1 bələdiyyə, 3 şəhər və 56 kommuna daxildir.
Dukla Banska-Bistritsa FK
Dukla (Banska-Bistritsa) — Slovakiyanın futbol klubu