Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İskubaş çayı
İkubaş çayı — Tatarıstanın Kukmor və Mamadış rayonları ərazisindən axan çay. Şiya çayının sol qolunu təşkil edir. Uzunluğu — 23 km-dir. Çay Yuxarı İskubaş kəndinin şimal-qərbindən meşəlik sahəsindən başlayır. Çayın axarı boyunca Yuxarı İskubaş, Bitlyanqur, Aşağı İskubaş, Aqlaevo, Keşemkul, Bolçie Uski kimi yaşayış məntəqələri yerləşir. Yuxarı İskubaş və Bitlyanqur istisna olmaq şərti ilə digər yaşayış məntəqələri çayın sağ sahilində yerləşir.
İskuja (Əbyəlil)
İskuja kəndi (başq. Исҡужа) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Ravilov kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası İskuja kəndinin milli tərkibi: başqırdlar 99 %. Məsafələr: rayon mərkəzindən (Askorovo): 32 km., kənd sovetliyindən (İşkol): 10 km., ən yaxın dəmiryol stansiyasından (Murakayev stansiyası): 80 km. Совет муниципальных образований Республики Башкортостан.
Əş-şaab yurid iskat'en-nizam
Əş-şaab yurid iskat'en-nizam (ərəb. الشعب يريد إسقاط النظام Tərcüməsi: "İnsanlar rejimi devirmək istəyirlər"‎) — Ərəb baharında istifadə edilən siyasi şüar. Bu şüar ilk olaraq Yasəmən inqilabında işlədildi. Daha sonra Misir inqilabı (2011) zamanı tez-tez istifadə olunmağa başlandı. Misir inqilabında ilahi bir ifadə olmaqla bərabər, həmçinin divarlara ən çox yazılan şüar idi.