Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şaolin
Şaolin (Çincə: 少林寺, pinyin: Shàolínsì) - Sunşan dağında yerləşən, mərkəzi Çin Büdpərəst məbədidir. Şaolin məbədi 464-cü ildə Çinə səyahət edən ilk hind rahiblərindən biri olan Bodhidharmanın fəaliyyəti sayəsində, 495-ci ildə Sunşan dağı ətrafında tikilmişdir. 1928-ci ildə Şi Yuan (ing. Shi Yousan) adlı ordu başçısının əmri ilə Şaolin məbədi yandırılmışdır. Bu vaxtda artıq məbəddə döyüş sənətləri ilə məşğul olan ustalar olmur. Bir müddət sonra Tszi Tsinin oğluna bura yenidən qayıtmaq və rahiblərə döyüş sənətlərini öyrətmək təklif olunur. Müasir Şaolin ustaları məhz ondan döyüş sənətinin sirlərini öyrənmişlər. Şaolin Kunq-fu döyüş növü bu məbəddə yaranmışdır.
Splin
Splin — Rusiyanın rok qrupudur. 1994-cü ildə Vasilyev-Morozov-Rostovskiy triosuna 2 musiqiçicinin də — Stas Berezovskiy və Andrey Lısov`un da daxil olması ilə SPLİN qrupu rəsmi olaraq yaranır. 1987-ci ildə Vasilyev ləqəbi Morris olan Morozovla tanış olur.. İlk zamanlar Morozovun evində çox da peşəkar olmayan mikrofon və maqnitofondan istifadə edərək mahnılar yazmağa başlayırlar.. Beləliklə, "Mitra" qrupu yaranır. Qrupun tərkibində Vasilyev və Morozovdan başqa bir neçə musiqiçi də olur. Onlar Piter rok-klubuna daxil olmaq istəyirdilər, lakin dinləməni keçmədilər. 1988-ci ildə Splin qrupunun lideri əsgərliyə gedir. Orada da mahnılar yazmağa davam edir. Bu mahnıların da bəziləri "Pılnaya Bıl" albomunda yer alıb.
Andrey Sipilin
Andrey Sipilin (Andrey Vladimiroviç Sipilin) — Azərbaycan Respublikasının Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin sabiq köməkçisi (2019—2022). == Həyatı və təhsili == 1995—1999-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, 2000—2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2000—2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb. Bakı Dövlət Universitetində hüquq, Azərbaycan Dövlət İqtisad Universitetində isə biznes idarəetməsi və audit ixtisası üzrə təhsil alıb. == Əmək fəaliyyəti == 2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2004—2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib. Daha sonra "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib. 2019—2022-ci illərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi çalışıb. 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.
Jan İppolit
Jan İppolit (fr. Jean Hyppolite; 8 yanvar 1907[…] – 26 oktyabr 1968[…], Paris) — fransız idealist filosofu. == Bioqrafiyası == Sorbonna Fəlsəfəsi professoru (1947–1955), Ali normal məktəbin direktoru (1955–1963), Fransa Kollecinin professoru (1963-cü ildən). Kollej de Fransda Fəlsəfi Düşüncə Tarixi şöbəsinə rəhbərlik etmişdir (1969-cu ildə Düşüncə Sistemləri Tarixi Bölməsi tərəfindən dəyişdirildi; Jyul Vuillainin təklifi ilə; 1970-ci ildən kafedra müəllimi İppolitin keçmiş tələbəsi Mişel Fuko.) Alman neohegelianizm ideyalarının tərəfdarı idi. İppolit, Hegelin "Ruhun fenomenologiyası" kitabının fransız dilinə ilk tərcüməsini etmişdir (1939 və 1941-ci illərdə nəşr olunmuşdur). 1947-ci ildə "Ruhun Fenomenologiyasının Yaradanlığı və Quruluşu" tezisini müdafiə etmişdir. " Hegel fəlsəfəsinə dair bir sıra əsərlər yazmış, ekzistensializmə yaxın nöqteyi-nəzərdən onun tərəfindən şərh edilmişdir. Karl Marksın ilk əsərləri haqqında məqalələrin müəllifidir. Marksist iqtisadi doktrinanın faktların təhlilinə deyil, Hegelə aid olan fəlsəfi təsəvvürlərə və etik tələblərə söykəndiyini söylədi. Jak Lakanın seminarlarında iştirak etmişdir.
Romalı İppolit
Rómalı İppolít (Hippolitus) (170 - 236) - Xristian ilahiyyatçısı, hereslərlə qarşı mübarizə aparan Xristian ilahiyyatçısı, Xristianlığın birinci antipapası, Xristian kilsəsinin müqəddəs atası. Pomada yaşayıb yaratmışdır. Əsərlərini yunanca yazırdı. Ona görə ehtimal edirlər ki, onun əsli yunan olmuşdur. Rəsmi Xristian ehkamlarının möhkəmlənməsində böyük çabalar göstərmişdir. O zaman formalaşma dövrünü yaşayan rəsmi Kilsənin tərəfdarı olmuşdur. Formalaşan kilsənin ehkamlarını qəbul etməyən başqa Xristian təriqətlərinə, özəlliklə də qnostiklərə qarşı mübarizə aparmış, onlara qarşı çoxlu sayda rəddiyələr yazmışdır. Episkop rütbəsində idi. Roma papası Zeferinin (198-217) o təriqətlərin heresinə (küfrünə) meyl etməsinə görə. öz tərəfdarları ilə ondan imtina edib özünü papa elan etmiş və bununla da Roma kilsəsinin birinci antipapası olmuşdur.
İppolit Romalı
Rómalı İppolít (Hippolitus) (170 - 236) - Xristian ilahiyyatçısı, hereslərlə qarşı mübarizə aparan Xristian ilahiyyatçısı, Xristianlığın birinci antipapası, Xristian kilsəsinin müqəddəs atası. Pomada yaşayıb yaratmışdır. Əsərlərini yunanca yazırdı. Ona görə ehtimal edirlər ki, onun əsli yunan olmuşdur. Rəsmi Xristian ehkamlarının möhkəmlənməsində böyük çabalar göstərmişdir. O zaman formalaşma dövrünü yaşayan rəsmi Kilsənin tərəfdarı olmuşdur. Formalaşan kilsənin ehkamlarını qəbul etməyən başqa Xristian təriqətlərinə, özəlliklə də qnostiklərə qarşı mübarizə aparmış, onlara qarşı çoxlu sayda rəddiyələr yazmışdır. Episkop rütbəsində idi. Roma papası Zeferinin (198-217) o təriqətlərin heresinə (küfrünə) meyl etməsinə görə. öz tərəfdarları ilə ondan imtina edib özünü papa elan etmiş və bununla da Roma kilsəsinin birinci antipapası olmuşdur.
Nikolay İstomin
Nikolay Mixayloviç İstomin (rus. Николай Михайлович Истомин; 9 may 1855 – 1925) — Rusiya general-leytenantı. Birinci Dünya müharibəsi illərində 5-ci Qafqaz Ordu Korpusunun komandiri kimi tanınmışdır. Nikolay Mixayloviç İstomin 21 may 1855-ci ildə Pyatnitskoyedə anadan olub. 7 sentyabr 1868-ci ildə Baltikyanı Naviqasiya Məktəbinə daxil olmuş, oradan 30 avqust 1873-cü ildə 5-ci dəniz ekipajında gizir rütbəsində buraxılmış, lakin donanmada çox qalmamış və orduya keçmiş və 3-cü artilleriya briqadasında xidmət etmişdir. 1877–1878-ci illər Rusiya–Osmanlı müharibəsi zamanı İstomin Lovçe-Selva dəstəsinin tərkibində olmuş və Plevnanın mühasirəsində döyüşmüşdür. Daha sonra oBalkanlarda Trayanov keçidi üzərindən çətin bir qış keçidi etmişdir. Bu kampaniyadakı fərqlənməyə görə 18 dekabr 1878-ci ildə ikinci leytenant rütbəsinə yüksəlmişdir. 20 dekabr 1879-cu ildə leytenant rütbəsində fəaliyyət göstərən İstomin Baş Qərargah Akademiyasına qəbul imtahanlarını vermiş və 1883-cü ildə onu 2-ci dərəcəli ilə bitirmişdir. O, Kiyev hərbi dairəsinin qərargahında idi.
Sent-İppolit (Averon)
Sent-İppolit (fr. Saint-Hippolyte, oks. Sent Ipòli) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Antreq-syur-Tryuyer kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12226. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 155 km şimal-şərqdə, Rodezdən isə 45 km şimalda yerləşir. 2008-ci ildə əhalinin sayı 453 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 257 nəfər (15–64 yaş) arasında 170 nəfər iqtisadi fəal, 87 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,1%, 1999-cu ildə 58,7%).
Şaolin (film, 2011)
Şaolin (ing. Shaolin, çin. 新少林寺) — Benni Çanın hərəkət filmi. Film "Şaolin Məbədi", (Cet Linin böyük bir filmdə debütü) filminin yenidən çəkilişidir, lakin yeni film min üç yüz il sonra, XX əsrin əvvəllərində, Çində Sinxay inqilabından sonra baş verir. Premyerası 20 yanvar 2011-ci ildə (Rusiyada — 19 May) baş tutdu. Çin Respublikasının mövcudluğunun ilk illəri. Çin hərbi rəhbərləri arasındakı ixtilaf həddinə çatır. Qonşu əraziləri fəth etmək istəyi ilə ölkəni mübahisə uçurumuna atırlar. General Hou Ci, Şaolin Məbədinin yerləşdiyi Dengfeng şəhərini ələ keçirir və şəhərin keçmiş hökmdarının arxasınca gedir. Onu gizlətməyə çalışdığı Şaolin Məbədində öldürdü.
Şaolin Kunq-fu
Şaolin Kunq-fu (Çin dili: 少林功夫, pinyin: Shàolín gōngfu) — çin döyüş sənətidir. Şaolin məbədinin əlbayaxa döyüş və soyuq silahlardan istifadə olunan döyüş sənətinin rəsmi adıdır. Bu döyüş sənətinin banisi, müxtəlif ləqəblərlə tanınan Hind rahibi Bodhidharmadır. Shahar, Meir (2008). The Shaolin Monastery: History, Religion, and the Chinese Martial Arts. Honolulu: University of Hawai'i Press. ISBN 0824831101. Liu, James J. Y. (1967). The Chinese Knight Errant. London: Routledge and Kegan Paul.
Şaolin nindzaya qarşı
Şaolin Nindzaya qarşı (mandarincə: Shao Lin yu ren zhe) — 1983-cü ildə çəkilmiş döyüş filmidir. Yapon samuray döyüşçüləri Şaolinlərə qarşı meydan oxuyurlar. Yalnız döyüş onlardan hansı birinin güclü olmasınnı göstərəcəkdir. Bu zaman Yapon Nindzaları onlar arasındakı münasibətləri gərginləşdirməyə çalışırlar... Şaolin Nindzaya qarşı — Internet Movie Database saytında.
Qay Yuli Solin
Qay Yuli Solin (ən tezi II əsr və ən geci IV əsr, İtaliya – bilinmir, Roma) ― romalı yazıçı və coğrafiyaçı. O çox populyar "Qiymətli yaddaş haqqında" əsərin müəllifidir. Bu əsər coğrafiya sahəsində təkmil bir əsər hesab olunur. Pomponiya melin və Svetoniyanın əsərlərinə daha çox müraciət edib. Solin məqsədi — kütləyə gözəl əsər tədqim etməkdir. Onun əsərləri əsasən səyahətləri ilə bağlıdır. Burada rast gəldiyi insanlar, heyvanlar, bitkilər və minerallar barədə məlumat verir. Solin İtaliya, Qellespont və Pont, Almaniya, Qalliya, Britaniya, İspaniya, Kiçik Asiya və Hindistanı öz əsərlərində təsvir edir. O ilk dəfə "Aralıq dənizi" terminini elmə gətirmişdir. Solinə Serviya, Avqustin, Marçiana Kapelli, Prinçiana, İsidora və başqaları istinad vermişlər.
Şaolin Nindzaya qarşı (film, 1983)
Şaolin Nindzaya qarşı (mandarincə: Shao Lin yu ren zhe) — 1983-cü ildə çəkilmiş döyüş filmidir. Yapon samuray döyüşçüləri Şaolinlərə qarşı meydan oxuyurlar. Yalnız döyüş onlardan hansı birinin güclü olmasınnı göstərəcəkdir. Bu zaman Yapon Nindzaları onlar arasındakı münasibətləri gərginləşdirməyə çalışırlar... Şaolin Nindzaya qarşı — Internet Movie Database saytında.