Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vasili İstratov
Vasili İstratov (rus. Василий Истратов; 30 dekabr 1954, Moskva) — Rusiya dövlət xadimi, diplomat. 2006–2009-cu illərdə Rusiya Federasiyasının Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri olmuşdur. == Həyatı == Vasili İstratov 1954-cü il dekabrın 30-da Moskva şəhərində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, həmin universitetin aspiranturasını bitirmişdir. Fransız və ingilis dillərini bilir. Tarix elmləri namizədidir. 1991-ci ilə qədər — M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Böyük Britaniya tarixindən dərs deyib. 1999 — 2003 — Rusiyanın İrlandiyadakı səfirliyinin məsləhətçi-elçisi. 2003 — 2006 — Rusiya XİN-in Şimali Amerika Departamentinin direktor müavini.