Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İlya Kaverin
İlya Kaverin (2 (15) may 1910, Astara, Lənkəran qəzası – 19 noyabr 1963, Astara, Lənkəran rayonu) — Qızıl Ordunun baş çavuşu, Böyük Vətən Müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı (1944). == Bioqrafiyası == 1910-cu il mayın 15-də Astara şəhərində anadan olub. İbtidai təhsilini aldıqdan, sonra balıqçılıq sahəsində çalışıb. 1941-ci ildə hərbi xidmətə çağırılıb. 1943-cü ilə qədər kiçik çavuş İlya Kaverin, Kiyevin azad edilməsində iştirak edib və fərqlənib.Kiyev yaxınlığında alman müdafiəsinin sıçrayışı zamanı o, düşmənin bir neçə artilleriya qurğusunu və minaatanlarını məhv edərək düşmən xəttinin yarılmasına və düşmənin geri çəkilməsinə nail olub. Döyüşlərin birində İlya Kaverinin tankı vurulub. Bütün ekipaj üzvləri həlak olsa da İlya sağ qala bilib. Təkbaşına tankda baş verən yanğını söndürməyi bacarıb. Lakin tank tamamilə sıradan çıxdığına görə qeyri bərabər döyüşə girməyə məcbur olub. O, avtomat, pulemyot və qumbaraatanların köməyi ilə iki gün qeyri bərabər döyüş apararaq, düşmənə cavab atəşi açıb, və ikinci gün gecə saatlarında öz bölməsinə geri qayıda bilib.