Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamennıe adaları
Kamennıe adaları — Kara dənizində yerləşən və 4 adanı özündə birləşdirən arxipelaq. Adalar Pyasin körfəzində, Sibir sahillərindən şimalda yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisində yerləşir. Arxipelaqın tərkibinə daxil olan adalar. Qərbi Kamennıe adası, dairəvi formalıdır, diametri 8,5 km-dir, ən hündür nöqtəsi — 159 m. Şərqi Kamennıe adası, ən iri adasıdır, 17 km uzunluğa və 9 km enə malikdir, ən hündür nöqtəsi — 46 m. Rastorquev adası, uzunsov formaya malik olan ada, ən hündür nöqtəsi — 132 m. Morjov adası, arxipelaqın ən kiçik adasıdır, diametri 4 km-dir, ən hündür nöqtəsi −80 m. Adalar materikdən Kuroçkin boğazı ilə ayrılır. Materikə ən yaxın ada Morjov adasıdır.
Lagernıy adası
Lagernıy adası — Şimal Torpağı arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Komsomoles adasından 800 m şimal-qərbdə yerləşir. Adada yerləşən Blizkaya çayının mənsəbinə yaxın ərazidə qərarlaşır. == Təsviri == Ovalvari formaya malikdir. Uzunluğu 1,3 km, eni isə 1 km təşkil edir. Adanı Komsomoles adası ilə sayla birləşir. Şimalında 26 metr hündürlüyə malik qaya vardır.