Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kapustino gölü
Kapustino — Çeçenistan Republikasında şirinsulu göl. Göl Naurski rayonunda, Kapustino xutorundan 2,5 km qərbdə, Svobodnoe xutorundan isə 3 km şimal-şərqdə yerləşir. == Ümumi məlumat == Kapustino gölü girintili-çıxıntılı sahil xəttinə malikdir. Gölün uzunluğu 700 metr, eni 350 metr, dərinliyi isə 4 metrdir. Göl səthinin sahəsi — 0,27 km²-dir. Kapustino gölünün dibi düz və çöküntü qatı ilə örtülüdür. Su hövzəsində qamışlıq üstünlük təşkil edir. Gölün şimal-şərq sahillərində meşə zolağı mövcuddur. Meşə zolağında əsasən qovaq, daryarpaq iydə və xəzər söyüdü ağacları üstünlük təşkil edir. Göl dəniz səviyyəsindən təxminən 6–14 metr yüksəklidə yerləşir.
Kapustin Yar
Kapustin Yar (rus. Капустин Яр) — Rusiyanın Həştərxan vilayətinin Znamensk şəhərində yerləşən bir kosmik bazadır. Müəssisə 1946-cı ildə məğlub edilmiş Almaniyadan əldə edilmiş texnologiya, materiallar və elmi dəstək ilə inşa edilmişdir. Rus ordusu üçün sınaq raketlərindən əlavə peyk və meteoroloji raketlər də buraxıldı. Müəssisənin yerləşdiyi Znamensk şəhəri bazaya xidmət etmək üçün qurulmuşdur.