Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karabiner 98K
Karabiner 98K — Karabin növü XIX əsrin sonlarından istifadəyə başlanmışdır. İkinci dünya müharibəsində alman ordusunda xüsusi yerə malik olmuşdur. Silahın istehsalı Faşist Almaniyası təslim olana qədər davam etdirilib. "Karabiner 98K" alman əsgərlərinin ən çox sayda istifadə etdiyi və "birlikdə həlak olduğu silah" sayılır.
Karabidlər
Karabidlər (lat. Carabidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Əsasən xırda böcəklər olub, yalnız bəzi növləri 50–65 mm-ə çatır. Bığcıqları sapşəkilli və ya qılşəkillidir. Ağız aparatı gəmirici tipdə olub, yaxşı inkişaf etmişdir. Ayaqları yeriş və ya qaçış tipindədir. Bədən formaları kimi rəngləri də həddən artıq müxtəlifdir. Daha çox qara rəngdə olsalar da, bir çox nümayəndələri, xüsusən karabid və Calasoma cinslərinin növləri parlaq metal rəngə çalan yaşıl, mavi və ya bənövşəyidir. Bunlar meşə döşənəyi və ya torpağın üst qatı ilə bağlı olub, bir qayda olaraq, gecə həyat tərzi keçirən tipik quru sakinləridir. Gündüzlər daşların altında və başqa sığınacaqlarda gizlənirlər.
Karabina
Karabin — (frans. carabine, ərəb. carab-yarağ, silah)- tüfəngə və ya muşketə oxşar ancaq daha qısa və daha gücsüz atəşli silah. Əvvəllər adətən suvarilərin və topçuların istifadəsində olurdu. Daha qısa lüləsi ilə səciyələnir. Buna görə də güllənin başlanğın sürəti və başqa ballistik xüsusiyyətləri eyni kalibrdə olan vintli tüfəngdən aşağıdır. Bəzi ölkələrdə karabin adi, ancaq bəzi dəyişikliklərlə(kürəkdə rahat daşımaq üçün antabcıqların yanda yerləşməsi və daha kopmpakt olması üçün çəkimin dəstəyinin aşağı əyilməsi və b.) ilə vintli tüfəng hesab olunur. Yivsiz və yivli, qeyri-avtomatik(tək açılan və maqazinli)özü doldurulan və avtomatik növləri olur. Voyennaya ensiklopediya v 8 tomax."D" Kvartiryer.
Karabin

Əsl karabidlər
Əsl karabidlər (lat. Carabinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Əsasən iri böcəklərdir, rənglərində qara tonlar üstünlük təşkil edir. Ancaq parlaq metal rəngə çalan yaşıl, mavi və ya bənövşəyi rəngdə olanları da vardır. Ən zəngin cinslərdən olan Carabus böcəklərinin alt qanadları tam inkişaf etmədiyindən, onlar uçmur. Bədəninin uzunluğu 40–50 mm-ə çatır. Böcəklər meşələrdə, bağlarda yaşayır, gecə həyat tərzi keçirdiklərindən, gündüz seyrək nəzərə çarpır. Onların əksəriyyəti, quşların yemədiyi (ququ quşu və sarıköynəkdən başqa) meşə ziyanvericiləri olan tək ipəksarıyanın, rahibə-kəpənəyin, halqalı ipəksarıyanın və qızılqarın kəpənəyin tırtıllarını məhv etməklə böyük fayda verir .Başqa növlər, bostan bitkilərinə böyük ziyan vuran ilbizləri yeməkdə ixtisaslaşmışlar. Onlara ilk növbədə Qafqaz karabidi, başqa sözlə Qafqaz sıçradıcı-ilbizyeyəni Carabus caucasicus Adams aiddir. Bu növün böcəkləri və sürfələri yırtıcıdır.
M1 Carabine
M1 Carabine — Karabin növü. Ağır və uzun "M1 Garand" və "Thompson" karabinlərini əvəz etməsi üçün yaradılmışdır. Əsasən hava-desant qoşunlarının istifadə etdiyi "M1 Carabine" az vaxt ərzində geniş yayılmışdır. Çəkicə yüngül olan bu silah uzaq hədəflərə dəqiq atəş açmağa imkan verirdi. ABŞ İkinci dünya müharibəsində 6 milyon ədəd bu silahdan istehsal edərək müharibə dövründə atıcı silah istehsalı üzrə rekord vurmuşdu.