Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krasnıy
Krasnıy — Xocalı rayonununda kənd. Krasnıy (Rusiya) — Rusiyada kənd. Krasnıy (Belarus) — Belarusda qəsəbə.
Karnay
Karnay — İran , Tacikistan və Özbəkistan ərazisində yayılmış mis-nəfəsli xalq musiqi alətidir. == Alətin quruluşu == Çox uzun , hətta bəzən 2 metrdən uzun gövdəyə malik , əyilməmiş boruşəkilli formada olur.Registry və tembrinə görə trombona yaxındır. Karnay üçün ,adətən , döyüş və təntənə münasibətilə carçəkmə siqnallarının çalınması xasdır. Alətin çox güclü və uzağa yayılan səsi vardır.Müasir dövrdə Karnay tacik və özbək xalq şənliklərində və toy mərasimi zamanı geniş istifadə olunur.
Karney
Karney (ing. Carney Island) — Cənub okeanı akvatoriyasında Meri Berd Torpağının sahilində yerləşir. == Tarixi == Ada ABŞ admiralı Robert Karninin şərəfinə adlandırılmışdır. O, 1957–1958 ci illərdə Ümudünya qeofizika ilinə dəstək üçün təşkil edilən dəniz əməliyyatına rəhbərlik etmişdir. Ada Antarktida haqqında konvensiya əsasən heç bir ölkəyə mənsub olmasa da, adaya virtual dövlətlər olan Vestarktika və Flandensis knyazlığı ərazi iddiasındadırlar.
Krasnıy Kut
Krasnı Kut — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Krasnıy Sulin
Krasnıy Sulin — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Krayniy adası
Krayniy adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının şərqində, Komsomoles adasından 4,2 km şimal-qərbdə yerləşir. Qonşuluğunda yerləşən Qlavnıy və Kolokol adaları ilə qumlu sayla birləşir (müvafiq olaraq 1 km və 650 m). == Təsviri == Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Uzunluğu 1,3 km, eni isə 300 metr təşkil edir. Adanın maksimal hündürlüyü 11 metrdir. Adada çay və göl yoxdur.
Nikolay Zarudnıy
Cek Kardif
Cek Kardif — britaniyalı kinorejissor və operator Cek Kardif 1914-cü il sentyabrın 18-də İngiltərənin Norfolk qraflığının Qreyt Yarmut şəhərində anadan olub. O, 1937-ci ildə Böyük Britaniyanın ilk tam rəngli filmi sayılan "Səhərin qanadları"nın çəkilişində iştirak edib. İkinci Dünya müharibəsi zamanı Kardiff ticarət gəmilərini müşayiət edən hərbi konvoyla bir yerdə Atlantik okeanını iki dəfə qət edib. Onun çəkdiyi material əsasında "Qərbə yaxınlaşmaq üzrə" sənədli filmi yaradılıb. Kardif operator kimi 70-dən çox film çəkib. Onların arasında "Oğlaq işarəsi altında" (1949-cu il, rejissor Alfred Hiçkok), "Vikinqlər", "Nildə ölüm", "Afrika kraliçası", "Dağıdıcı Konan", "Anna Frankın gündəliyi", "Rembo-2" filmləri var. Onun rejissor kimi çəkdiyi 15 film arasında isə ən məşhuru "Oğullar və aşnalar" sayılır. Devid Qerbert Lourensin kitabı əsasında çəkilən bu film ekranlara 1960-cı ildə çıxıb. Kardif yardıcılığı ərzində iki dəfə "Oskar" mükafatı alıb. O, Hollivud tarixinə "Oskar"ın sahibi olan ilk operator kimi düşüb.
Nikolay Alekseyeviç Zarudnıy
Kardi B
Belkalid Marlenis Almanzar (ing. Belcalis Marlenis Almanzar; 11 oktyabr 1992[…]) — Əslən dominikanlı olan amerikalı repçi, bəstəkar və aktrisa. Əsasən Kardi B adı ilə tanınır.
Kardiya (Qədim Yunanıstan koloniyası)
Kardiya (q.yun. Καρδία, lat. Cardia) — eramızdan əvvəl III əsrdə Lisimax tərəfindən dağıdılan qədim şəhər. O, Saros körfəzindəki Frakiya Xersonesosu yarımadasının şimal-qərb sahilində miletiyalılar və klazomenlər tərəfindən qurulmuşdur. Tarixçi İyeronim Kardiyalı və diadoxlardan biri Evmen Kardiyalı bu şəhərdən idilər. == Coğrafiyası == Bu qədim yunan koloniyasının yaranmasının təxmini tarixi barədə məlumat yoxdur, çünki bu məsələyə aid məlumat verən yazılı mənbələr yoxdur. Qədim yunan coğrafiyaçıların əsərlərində bu bölgə təsvir olunarkən həmişə Kardiya xatırlanır, belə ki Skilak "Məskun dənizin Peripli" əsərində bu koloniyanın adını çəkir. Strabon isə Kardiyanı Frakiya Xersonesosu yarımadasının ən böyük şəhəri adlandırır. == Tarixi == Başlanğıcda Kardiya ərazisi miletiyalılar və klazomenlər tərəfindən müstəmləkələşdirildi. Bununla birlikdə, Miltiadın dövründə məskunlaşma daha aktiv oldu, çünki o, Afinadan bu bölgəyə mühacirləri cəlb etməyi bacardı.
Medvedyev-Şponhoyer-Karnik şkalası
Medvedyev-Şponhoyer-Karnik şkalası (MSK və ya MSK-64 adları ilə də tanınır) — zəlzələnin baş verdiyi sahədə yer səthinin müşahidə edilən silkələnmələrini qiymətləndirmək üçün 12 ballıq makroseysmik intensivlik şkalası. Şkala Sergey Medvedyev (SSRİ), Vilhelm Şponhoyer (Şərqi Almaniya) və Vit Karnik (Çexoslovakiya) tərəfindən 1964-cü ildə yaradılmışdır. Bu şkala 1960-cı illərin əvvəllərindən istifadə edilən Modifikasiya olunmuş Merkalli şkalasının və 1953-cü ildə təklif edilmiş, GEOFİAN şkalası kimi də tanınan, Medvedyev şkalasının əsasında tərtib edilmişdir. Aşağıda MSK-64 seysmik intensivlik şkalası ətraflı şəkildə verilir.