Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Braziliya karnavalı
Braziliya karnavalı (port. Carnaval do Brasil) — Braziliyada Pasxadan qırx gün əvvəl və Böyük Orucun başlanğıcını qeyd edən illik festival. Böyük Oruc ərzində Roma-Katoliklər bütün vücudi zövqlərdən, xüsusilə ətlə qidalanmaqdan imtina etməlidir.
Rio karnavalı
Rio karnavalı — Braziliyada hər il təşkil olunan əyləncəli tədbir. Dünyada ən böyük küçə şənliyidir.
Venesiya karnavalı
Venesiya Karnavalı – Venesiya, İtaliyada hər il keçirilən bir karnavaldır. Maskalı karnaval olaraq da bilinən Venesiya Karnavalı 40 gündür davam edir. 1268-ci ildən bəri qeyd olunan Venesiya Karnavalının təməli əslində Pagan mədəniyyətinin baharına təsadüf edir. Zamanla qadağan olunan karnaval 1979-cu ildən bəri hər il qeyd olunur. İlk dəfə görünməyə başladığı zaman sosial sinif ayrıseçkiliyini aradan qaldırmaq üçün istifadə olunan maskalar indi Venesiya Karnavalının bir hissəsidir. Karnavalın Venesiyadakı dövrü ən ağır günlərini keçirir. Karnaval dövrü turistlərlə dolu olan Venesiyada ən sıxlıq dövrlərdən biridir, hətta ən sıxlıq olanıdır.
Apakuriya Karnavalı (Hals)
Nottinq Hil karnavalı
Nottinq Hil karnavalı (ing. Notting Hill Carnival) — Böyük Britaniyanın paytaxtı Londonda hər il təşkil olunan əyləncəli mərasim. Bu karnaval 1964-ci ildən təşkil edilir. Braziliyada keçirilən Rio karnavalından sonra dünyada ən böyük küçə şənliyidir.
Santa Kruz de Tenerife karnavalı
Santa Kruz de Tenerife karnavalı — hər il fevral ayında keçirilir. Dünyanın ən məşhur və beynəlxalq səviyyədə tanınmış Rio de Janeiro (Braziliya) karnavalından sonra dünyanın ikinci ən məşhur və beynəlxalq səviyyədə tanınmış karnavalı hesab edilir. Santa Kruz de Tenerife (İspaniya) şəhəri ilə Rio de Janeiro şəhəri bu səbəbdən qardaş şəhəri olublar.