Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pantoqraf
Pantoqraf — verilmiş fiqura homotetik fiqurların qurulmasında istifadə olunan cihazdır. Texnikada planların, çertyojların və s. surətini çıxarmaqda da bu cihazdan istifadə edirlər.
Avtoqraf
Avtoqraf — [fr. autographe, autos – özüm, grapho – yazıram] imza, xüsusilə müəllifliyi təsdiq edən, əl ilə yazılmış, adətən, xatirə yazısı və ya imza. Məsələn, avtoqraf vermək; əsərin müəllifinin əsil əlyazması (bir müəllifin özü tərəfindən yazılmış əlyazması). Məsələn, görkəmli şəxsiyyətlərin avtoqrafı mötəbər sənəd kimi saxlanılır; sürətçıxaran cihaz növü. == Ədəbiyyat == Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Kartoqrafik proyeksiyalar
Kartoqrafik proyeksiyalar — Kürə və ya sferik formada olan yeri müstəvi üzərində təsvir etmək üçün istifadə edilən vasitələr. Kartoqrafik proyeksiyalar seçilərkən müəyyən həndəsi fiqurlardan istifadə edilir və proyeksiyalar həmin fiqurların adı ilə adlandırılır. Kartoqrafik proyeksiyanın aşağıdakı növləri vardır: Silindirik proyeksiya Konus proyeksiya Çoxüzlü proyeksiya Azimutal proyeksiya == Silindrik proyeksiya == Qlobus şəffaf silindrin daxilinə yerləşdirilir. Bu zaman Yer səthinin ekvatorboyu əraziləri silindrin səthinə toxunur. Toxunma xəttində bütün təhriflər sıfıra bərabər olur. Silindrik proyeksiyalarda, əsasən, dünya xəritələri, həmçinin evkatorboyu ərazilərin xəritələri çəkilir, paralel və meridianlar bir-biri ilə düz bucaq altında kəsişir. == Konus proyeksiya == Konus proyeksiyalarda xəritə tərtib olunarkən Yer kürəsi konusun səthi ilə ya bir paraleldə - 60° ş.e., ya da iki paraleldə - 47° şm.e. və 62° şm.e.-ləri arasında kəsişir və bu paralellər boyunca təhriflər olmur. Sıfır təhrif xətlərindən uzaqlaşdıqca təhriflər artır. Bu proyeksiyalarda qütbətrafı və mülayim enliklərdə yerləşən ərazilərin xəritələri tərtib edilir.
Avtoqraf (film, 1986)
Avtoqraf qısametrajlı sənədli süjeti rejissor Zaur Məhərrəmov tərəfindən 1986-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film qədim abidələr üzərində yazılan nalayiq sözlərdən, idarələrin abidələrə fikir verməməsindən bəhs edir. == Məzmunu == Film qədim abidələr üzərində yazılan nalayiq sözlərdən, idarələrin abidələrə fikir verməməsindən bəhs edir.