Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bərgüşad kaskadı
Bərgüşad kaskadı (erm. Որոտանի կասկադ) — Ermənistanın Sünik mərzi ərazisindən axan Bərguşad çayı üzərində inşa edilmiş üç hidroelektrik stansiyanı özündə birləşdirən kaskad. Kaskad elektrik enerjisi təminatı və bölgəni suvarma suyu ilə təmin etmək üçün inşa edilmişdir. Güçü 404.2 MVt olan kaskad beş su anbarını özündə birləşdirir. Ermənistanda əsas elektrik enerjisi verən komplekslərindən biridir. Kaskadın planlaşdırma prosesi 1951-ci ildə Dövlət Planlaşdırma Komissiyasının toplantısından sonra başlamışdır. Elektrik stansiyalarının tikintisində digər hədəflərdən biri də enerjinin idxalı olmuşdur. Kaskadın istifadəsi neft məhsullarının idxalını ölkəyə yarıya endirəcəkdi. Kompleksin planlaşdırma işlərinə 1954-cü ildə başlanmış və 1961-ci ildən 1989-cu ilə kimi inşa edilmişdir. Tatev hidroelektrik stansiyası 1970-ci ilin dekabrında, Şamb SES-ı 1978-ci ildə və Spandaryan SES-ı isə 1989-cu ildə tamamlanmışdır.
Göyçə-Zəngi kaskadı
Göycə-Zəngi kaskadı — Ermənistan (Qərbi Azərbaycan) ərazisindən axan Zəngiçay üzərində yerləşən kaskad SES. Kaskad 8 SES ibarətdir. Bunlardan altısı Razdan çayı üzərində, ikisi isə Artaşat irriqasiya kanalı üzərində yerləşir. Bəzi mənbələrdə Göl SES adlanır. Kaskadın ən əhəmiyyətli SES-dır. Stansiya 34,2 МVt güçə hesablansada, faktiki isə 24 МVt güçə malikdir. Tikintisinə 1940 ildə başlansada, yalnız tikinti İkinci Dünya müharibəsindən sonra başa çatdırılmışdır. Yeraltı qurğulara sahibdir. Əvvəllər Atarbekyan SES adlanırdı. Ardıcıllığına görə ikincidir. Güçü 81,6 МVt-dır.