Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Leonid Kantoroviç
Leonid Kantoroviç (rus. Леони́д Вита́льевич Канторо́вич; 19 yanvar 1912[…], Sankt-Peterburq[…] – 7 aprel 1986[…], Moskva[…]) — İqtisadiyyat üzrə Nobel mükafatı laureatı (1975), ixtisasca riyaziyyatçı, funksional analiz, hesablama riyaziyyatı üzrə əsərlərin müəllifi; xətti proqramlaşdırmanın əsasını qoymuşdur, xalq təsərrüfatının planlaşdırılması və idarə olunması, xammal ehtiyatlarından səmərəli istifadə nəzəriyyəsinin yaradıcılarından biri. == Həyatı == Leonid Vitaliyeviç Kantoroviç həkim Vitali Moiseeviç Kantoroviç və Polina Qriqoryevna Zaksın ailəsində dünyaya gəlib. Leonidin atası və qardaşı həkim idi. O özü isə riyaziyyata çox həvəsli idi və parlaq riyazi bilikləri sayəsində o, 1926-cı ildə, 14 yaşında Leninqrad Universitetinə daxil oldu. Tələbəlik illərində onun ən yaxın dostları ondan 6 yaş böyük olan D. K. Faddayev və İ. P. Natanson idi. Artıq 15 yaşında o yuxarı kursların elmi seminarlarında iştirak edir və çox güclü təhsili ilə fərqlənirdi. 18 yaşında – 1930-cu ildə o universitetin riyaziyyat fakültəsini bitirir. İki il o aspirantura təhsili alır və artıq 20 yaşında fakültəsinin dosenti, 22 yaşında professoru olur. Onun elmi işlərinin uğurlarının əsas mahiyyəti hadisələrin məntiq üzərində qurulması, mövzuların birbaşa təhlili və yaxın dostların – kolleqaların fikirlərindən istifadə etməsidir.
Leonid Vitaliyeviç Kantoroviç