Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kakuy
Kakuy-i Sülfa (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kakuy-i Ülya (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Akakiy Vasadze
Vasadze Akaki Alekseyeviç (gürc. ვასაძე, აკაკი; 1899 — 1978) — sovet gürcü aktyorudur, teatr rejissoru, pedaqoq. SSRİ-in Xalq artisti (1936) üç dəfə Stalin mükafatı (1942, 1946, 1951)laureatı. == Tərcümeyi-hal == 1899-cu il 25 iyulda Kutaisidə (hal-hazırkı Gürcüstanda) doğuldu. 1909 — 1918 ci illərdə Kutaisi zadəgan gimnaziyasında oxudu. 1917 — 1918 ci illərdə Kutaisi teatrında rəssam-dekorator işləyirdi və eyni yerdə ilk dəfə səhnədə çıxış etməyə başladı. 1918 — 1920 ci illərdə Q. Djabadari adına Tbilisi dramatik studiyasında və eyni zamanda Tiflis universiteti nin tarix fakultəsində oxuyurdu. 1920 — 1921 ci illərdə — Tbilisi dövlət dramının aktyorudur. 1921 ci ilin Yanvar — mart aylarında Batumi də Aspindzada batalyonun əsgəri1921 ci ilin mart-avqustu Batumi şəhər teatrının aktyorudur. 1921 ci ildən 1958 ci ilə qədər — Şota Rustavelinin adına Gürcü dövlət akademik teatrının aktyordur (Tiflis) (1935 — 1942 ci illər teatrın bədii hissə müdiri , 1938— 1942 ci illər teatr direktoru, 1948 — 1955 ci illər teatrın əsas rejissoru).
Akakiy Çereteli
Akaki Rostomoviç Sereteli (gürc. აკაკი წერეთელი; 9 (21) iyun 1840, Sxvitori[d], İmereti vilayəti[d], Rusiya imperiyası – 26 yanvar 1915, Saçxere, İmereti) — gürcü şairi, yazıçı, ictimai xadim. == Həyatı == Firudin bəy Köçərli yazır: "Akaki Sereteli məşhur İmeret knyazlarının nəslindəndir. Onun babaları sabiqdə İmeret padşahlarına müqərrib olub, vətənlərinə və millətlərinə böyük xidmətlər göstərmişlər. Knyaz Akaki anadan olubdur Kutais quberniyasının Şorapel uyezdində özünə mütəəlliq Saçxeri adlanan məhəldə, miladın 1840-cı sənəsində iyunun 9-da. Akakinin valideyni Qafqazın knyaz və nücəbaları arasında qədimdən işlənən adətə görə öz körpə balalarını tərbiyə üçün bir rəiyyət evində süd anasına tapşırıblar".
Crataegus jackii
Crataegus jackii (lat. Crataegus jackii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Ero kavaiy
Ero kavayi (エロ可愛い, əd. "erotik şirin") və ya erokava — populyar "şirinliyin" (kavaiy) əksinə Qərbin cinsəllik anlayışlarını özündə əks etdirən Yaponiya subkulturası. 2005-ci ildə ortaya çıxan termin "ero" ("erotik" sözünün qısaltması) və "şirin" mənasını verən "kavayi" sözlərinin birləşməsindən əmələ gəlmişdir.. == Tarix == Ero kavayi termini ilk dəfə Kumi Koda adlı müğənni tərəfindən istifadə olunmuşdur. Kumi Koda bu sözdən öz stili təsvir etmək üçün istifadə etmişdi.
Kaçkar dağları
Kaçkar dağları (türk. Kaçkarlar və ya türk. Kaçkar Dağları) - Türkiyədə sıra dağlar.
Makaley Kalkin
Makaley Kalkin (ing. Macaulay Culkin; 26 avqust 1980, Nyu-York, ABŞ) — amerikalı aktyor. 1990-cı illərin ən uğurlu uşaq aktyorlarından biri hesab olunur. Kalkin evdə tək filmlərində (1990 və 1992) canlandırdığı Kevin Makkalister obrazı ilə şöhrət qazanmışdır. İlk filmə görə o, "Qızıl Qlobus" mükafatına namizəd olub. O, 2021-ci ildə "Amerikan qorxu hekayəsi" teleserialının onuncu mövsümündə çəkilmişdir. == Həyatı == Tam adı Makaley Karson Kalkin olan aktyor 1980-ci il 26 avqust tarixində Nyu-Yorkda dünyaya gəlib. Anası Patrisiya Bantrap telefon operatoru idi, atası Kit Kalkin isə əyalət aktyoru olub. Bir müddət sonra oğlunun meneceri kimi çalışıb. Ailədə 2 bacı, 4 qardaş olublar.
Viburnum × jackii
Viburnum × jackii (lat. Viburnum × jackii) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü.
Kaki
Kaki— İranın Buşehr ostanının Dəşti şəhristanının Kaki bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,893 nəfər və 1,983 ailədən ibarət idi.
Tereza Komodini Kaçia
Tereza Komodini Kaçia (malta Therese Comodini Cachia; 23 fevral 1973, Attard[d]) — Maltalı hüquqşünas və siyasətçi, həmçinin Avropa Parlamentinin keçmiş üzvü. == Təhsil == Komodini Kaçia Malta Universitetində oxumuş və burada iki ali təhsil almışdır. O, 1997-ci ildə doktorluq dərəcəsini və 2012-ci ildə İnsan Hüquqları üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. == Peşəkar karyera == Teresa Komodini Kaçia insan hüquqları sahəsində çalışan ixtisasca hüquqşünasdır. O, 1997-ci ildən bəri müxtəlif səviyyələrdə Maltanın ən yüksək məhkəmələri, eləcə də Strasburqdakı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qarşısında insan hüquqlarının pozulması qurbanlarını təmsil edib. Onun müştəriləri arasında fiziki şəxslər, kommersiya strukturları, dövlət qurumları, habelə qanunverici orqanlar var idi. Hüquq karyerasında o, Maltadakı bir sıra qeyri-hökumət təşkilatlarında, o cümlədən Malta Skaut Assosiasiyasında, Malta Qadın Təşkilatları Konfederasiyasında və Malta Psixi Sağlamlıq Assosiasiyasında hüquq məsləhətçisi kimi fəaliyyət göstərmişdir. 2008–2010-cu illər arasında o, Bərabərlik üzrə Milli Komissiyaya Avropa bərabərlik qanununun və direktivlərinin mahiyyəti ilə bağlı məsləhətlər verib, ayrı-seçkilik hallarının araşdırılmasında köməklik göstərib və bir sıra digər tədqiqat layihələrində köməklik edib. Komodini Kaçia hazırda Malta Universitetində İnsan Hüquqları üzrə dərs deyir. O, həmçinin universitetdə insan hüquqları və demokratikləşmə üzrə magistrlərin hazırlanmasını koordinasiya edir.
Akira Kaci
Akira Kaci (d. 13 yanvar 1980) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 64 oyun keçirib, 2 qol vurub.
David Kaçi
David Kaçi (25 avqust 1974) — Əlcəzairi təmsil edən stolüstü tennisçi. == Karyerası == David Kaçi Əlcəzairi 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 33-cü pillənin sahibi olub.
Diospyros kaki
Trabzon xurması (lat. Diospyros kaki ) - xurma cinsinə aid bitki növü. == Mənbə == Xirnik qədim tarixə malik relikt bitkilər qrupundandır. Xirnik Yer kürəsinin müxtəlif bölgələrində -Qafqaz, Orta Asiya, Şimali və Cənubi Amerikada, Afrikada, Britaniya adalarında və Asiyada geniş yayılmışdır. Xirnik , Ebanaceae Vent. fəsiləsinə aiddir. Bu fəsilənin 7 cinsi və 290 növü məlumdur . Bu cins və növlər əsasən Cənub- Şərqi Asiya, Hindistan, Malay arxipelaqının tropik və subtropik rayonlarında yayılmışdır. MDB ərazisində bir cins – Diospyros L. cinsi geniş yayılmışdır. Bu cinsin yer kürəsində 200-ə qədər növü vardır.
Mayumi Kaci
Mayumi Kaci (d. 28 iyun 1964) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 48 oyun keçirib.
Kaçkar Dağları Milli Parkı
Kaçkar Dağları Milli Parkı — böyük hissəsi Rizənin Çamlıhemşin ilçəsində, bir hissəsi isə Ərzurum və Artvin illərində yerləşən milli parkdır. 51.550 hektar ərazisi olan milli park Fırtına dərəsi ilə Hemşin dərəsi arasında yerləşən Kaçkar dağları üzərində qurulmuşdur. == Ümumi məlumat == Sahədə qorunmuş təbii ekosistem, alüvvial meşələr, çayır, kol bitkiləri, yaşıl meşələr, aktual buzlaqlar və onların meydana gətirdiyi şəkillər ilə bölgədə əsrlər boyunca çöl həyat tərzi və mədəniyyəti yaranmışdır. Milli Parkda tarixi dəyərə sahib olan əsər və qalıqlar ilə mədəni dəyərlər yaranmışdır. Zir qala, Qala-i bala, Elevit qalıqları, Çat körpüsü, tarixi qəsrlər, Vartivor və Hodoçur yayla şənlikləri bunlardan bəziləridir. == Fiziki xüsusiyyətləri == Alp qırışıqlığı erasında əmələ gələn dağ kütlələri ümumiyyətlə qranit və qranit qayalardan ibarətdir. Türkiyədə Pleystosen epoxası dövründə buzlaqların əmələ gəlməsi və hələ də aktiv buzlaqların yarandığı məhdud sahələrdən biridir. Milli Parkda 9 buzlaq vadisi, asılı vadilər, buzlaq gölləri, moren gölləri, buzlaq vadiləri və morenlər yerləşmişdir. Dağların yüksəklərində 0.5 hektardan böyük olan 79 ədəd buzlaq gölü yerləşir. == Təbii həyat == Milli park sahəsində nəmli dərə, meşə, alp və subalp ilə bataqlıq və Akva bitki tipləri təyin olunmuşdur.
Kakuy-i Sülfa (Qürvə)
Kakuy-i Sülfa (fars. كاكوي سفلي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 252 nəfər yaşayır (58 ailə). Əhalisini kürdlər təşkil edir.
Kakuy-i Ülya (Qürvə)
Kakuy-i Ülya (fars. كاكوي عليا‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 179 nəfər yaşayır (43 ailə). Əhalisini kürdlər təşkil edir.