Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kasklar
Kasklar və ya kaşklar (het mətnlərində "Gašga", "Kašga", "Kaška"; II Ramzesin kitabələrində "Kškš"; Assuriya mənbələrində "māt Kašku"; Uqarit mənbələrində "ktk") — e.ə. II minilliyin əvvəlləri ilə e.ə. VIII əsr arasındakı bir dövrdə Anadoluda, Pont regionunun şərqində yaşamış, təsnif edilməmiş kask dilində danışmış qeyri-Hind-Avropa mənşəli yarımköçəri tayfa və ya tayfalar icması. Kaskların yazı dili yoxdur və şəhər salmamışdılar. Onlar arxeoloqlara məlum deyillər və bu səbəbdən kask mədəniyyəti haqqında çox az məlumat mövcuddur. Het dövlətinin qədim padşahlıq dövrünə aid mənbələrdə kaskların adına rast gəlinməsə də, onların Het dövlətinin daha əvvəlki dövrlərində mövcud olması III Xattusili və IV Tudxaliyanın hakimiyyət dövrünə aid kitabələrdə qeyd edilir. Kasklar Het dövləti mövcud olduğu dövr boyu padşahlıq üçün bir problem olmuşdur. Münaqişənin kritikləşməsi səbəbilə kask basqınları hətta dövlətin ucqar bölgələrinə də yayılmışdır. Tarixçilər güman edirlər ki, Het dövlətinin süqutundan sonra kasklar Assuriya sərhədlərinə qədər irəliləyərək ətrafdakı padşahlıqlarla ittifaq qurmuş, nəhayət Assuriyadan gələn hücumlar və kimmerlərin istilası nəticəsində məhv olmuşdular. == Tarixi == === Mənşəyi === Kaskların əslən yerli Anadolu xalqı olub-olmadığı bilinmir.
Kaslar
Kassitlər — Cənubi Azərbaycanda və Luristanda məskunlaşmış qədim maldar tayfaları. Kassitlər özlərini "kaşşu" adlandırırmışlar. Mənbələrdə kassitlərin adı ilk dəfə e.ə. XXIII əsrdə çəkilir. Mənbələrdə kassitlərin məskunlaşdığı ərazi "Kaşşen" adlanır. Bir sıra Azərbaycan tarixçiləri hesab edirlər ki, antik müəlliflərin kaspiləri kassitlərlə qohumdurlar. Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış türkmənşəli tayfalardan biri də kassilərdir (kaslar). Lakin Azərbaycanda yaşamış digər prototürk etnoslar kimi kassilər (kaslar) də uzun müddət tarixşünaslıqda elamdilli və ya hürridilli kimi tanınmışlar. Onların e.ə. V əsrdən adı çəkilən kaspilərlə qohumluğu güman edilir və yalnız elam dilində cəm bildirən "-p" şəkilçisinə görə kaspiləri elamdilli hesab edirdilər.
Kaşiva
Kaşiva (yap. 柏市) — Yaponiyanın Kanto regionunda yerləşən Çiba prefekturasının şimal-qərbində şəhər.
Kəvar
Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,158 nəfər və 4,753 ailədən ibarət idi.
Xasəlar (Üskü)
Xasəlar (fars. خاصه لر‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 957 nəfər yaşayır (238 ailə).
Yuliana Kayşeva
Yuliana Kayşeva (8 mart 1994) — Rusiyalı biatlonçu. Yuliana Kayşeva Rusiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Yuliana Kayşeva birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında qadınlar 7.5 km məsafəyə sprint yarışlarında iştirak etdi. Kayşeva 22:58.5 saniyəlik nəticəsi ilə 87 atlet arasında 33-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Kaspar Vessel
Kaspar Vessel (ing. Caspar Wessel; 8 iyun 1745[…] – 25 mart 1818[…], Kopenhagen) — danimarkalı alim; ilk dəfə kompleks ədədlərin həndəsi təsvirini vermişdir.
Kəvar şəhristanı
Kəvar şəhristanı— İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Kəvar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 72,423 nəfər və 15,570 ailədən ibarət idi. Bölgənin əhalisi Qaşqay Türkləri və Farslardan ibarətdir. Qaşqay Türkləri şəhər əhalsinin 50%-ni təşkil etməklə yanaşı bir çox kənddə də yaşayırlar.
Sevar xan
Sevar xan (bolq. Севар; VII əsr – 753) — Bulqar xanı. 721-737 yaxud 738-753 illərində hökmdarlıq etmişdir. Bizans qaynaqlarının onun haqqında söz açmamasının səbəbi olaraq hakimiyyətinin sülh içində keçməsi qeyd olunur. 17-ci əsr mənbəsi Cəğfər Tarixinə əsasən Kermek adlı övladı olmuş, onun da Toktu xan və Kardam xan adlı hökmdar övladları olmuşdur. Antarktikada Livinqston adasında Sevar nöqtəsi onun şərəfinə adlanmışdır.
Səvar (Bünab)
Səvar (fars. صور‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 350 nəfər yaşayır (52 ailə).
Valtraud Kaser
Valtraud Kaser (d. 3 iyul 1980; Brixen, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Valtraud Kaser İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Kaspar Fridrix Volf
Kaspar Fridrix Volf (alm. Kaspar Friedrich Wolff‎; 18 yanvar 1734, Berlin – 22 fevral 1794, Sankt-Peterburq) — alman anatomu və fizioloqu. Dərzi ailəsində Berlində doğulmuş, orada da tibb oxumuş və 1759-cu ildə alm. "Theoria generationis"‎ mövzusunda dissertasiya müdafiə etmişdir. Kaspar Fridrix Volf alm. "Theoria generationis"‎ əsəri ilə müasir embriologiyanın əsasını qoymuşdur. Burada o, dəqiq müşahidələrə əsaslanaraq rüşeymin tədricən inkişafını göstərmişdir. Yeddiillik müharibə zamanı lazaret həkimi kimi fəaliyyət göstərmişdir. Ona fiziologiyadan mühazirə oxumağa qadağa qoyulur, 1766-cı ildə II Yekaterinanın dəvəti ilə Sankt-Peterburqa gələrək Sankt-Peterburq Akademiyasının üzvü seçilir. 1768-ci ildə Peterburqda o, "De formation intestinarum" əsərini dərc edir.
Kaşar tarix və diyarşunaslıq muzeyi
Kaşar tarix və diyarşunaslıq muzeyi — Rostov vilayəti Kaşar yaşayış məntəqəsində yerləşən muzey. == Muzeyin tarixi == Muzey 27 dekabr 1969-cu ildə Kaşar rayonunun Deputatlar sovetinin qərarı ilə təşkil edilmişdir. Muzeyin ilkin təşkilində Böyük Vətən müharibəsinin iştirakçıları А. М. Rudenko və V. А. Biryulinin rolu böyükdür. Muzeyin arxivində Deputatlar sovetinin rayon sakinlərinə etdiyi ekponatların toplanması ilə əlaqədar müraciyyətinin yazılı sənədi saxlanılır. Hazırda muzeydə 1169 ekspinat vardır. Burada toplanmışdır: Kaşar rayonunun diyarşunaslıq materialları; Rayon əhalisinin yaşayışını əks etdirən eksponatlar; Böyük Vətən müharibəsi zamanı rayonun işğalını əks etdirən eksponatlar; Şimal və Baltik donanmasının admiralı İvan Matveeviç Kapitanes haqqında materiallar; Vətəndaş müharibəsi materialları; Kənd təsərrüfatı, heyvandarlıq, təhsil, tibb materalları. 2009-cu ildən muzey Rusiya Federasiyasının vahid muzey bazasına daxil edilmişdir. 9 may 2009-cu ildən muzey yeni binaya köçürülmüşdür. 2016-ci il məlumatına görə burada olan 22 ptedmet Rusiya Federasiyasının qeyri-dövlət muzey fonduna daxil deyil. == Muzeyin direktorları == Vasili Tromifoviç Vasilçenko (1979—1980) Qennadi Dmutrieviç Kuleşov (1981—1986) Aleksandr Mizayloviç Rudenko (1987—2001) Nadejda Anatolevna Qrişkova (2001—2002) Sergey Vladimiroviç Savostikov (2002—2009) Anna Vladimirovna Qorina (2009-cu ildən) == Adres == Muzeyin yerləşdiyi adres: Rostov vilayəti, Kaşar rayon, Kaşar kəndi, Lenin küçəsi, ev 62.