Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kisoro (rayon)
Kisoro — Uqandanın Qərb bölgəsinə daxil olan rayon. == Yerləşməsi == Kisoro rayonu şimaldan Kanunqu rayonu, şərqdən Kabale rayonu, cənubdan Ruanda və qərbdən Konqo Demokratik Respublikası ilə həmsərhəddir. Kisoro qəsəbəsi Kabalenin qərbində, yol ilə taxminən 45 kilometr (28 mil) məsafədə yerləşir. == Əhali == 1991-ci il əhali siyahıyaalınması zamanı rayon əhalisi 186 870 nəfər olaraq qiymətləndirilmişdir. 2002-ci il siyahıyaalınması zamanı əhalinin sayı 220 300 nəfər idi. 27 avqust 2014-cü il tarixində aparılan ölkə əhalisinin siyahıya alınması zamanı rayon əhalisi 281 705 nəfər təşkil etmişdir. == Din == 2002-ci ilin sentyabr ayına olan məlumata görə rayon sakinlərinin dini mənsubiyyəti: Xristianlıq - 95,8 faiz, İslam - 0,8 faiz, digərləri - 1,3 faiz, heç biri - 2,2 faiz.