Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Koşatina
Pişik əti — Cənub-Şərqi Asiya ölkələrində və Çində yaşayan şərq xalqlarının mətbəxində istifadə edilən pişik əti. Pişik ətindən Afrika və Latın Amerikasında yaşayan bir sıra xalqlar da kulinariyalarında pişik ətindən istifadə edirlər. Cənubi Amerikada pişik ətindən ən çox Afrika mənşəli perulular istifadə edirlər. Hər il sentyabr ayında La Kebrada şəhərində keçirilən Müqəddəs İfegeniya festivalında pişik ətindən yeməklər hazırlanması metodları nümayiş etdirilir. Kamerunda yaşayan bir sıra xalqların mədəni irsinə aid mənbələrə əsasən hətta belə bir inam aşılanır ki, pişik ətindən hazırlanan xüsusi yemək insanlara xoşbəxtlik gətirir. == Xarici keçid == Sarah Hartwell. Cats — friend or food? // Статья на сайте Messybeast.com (ing.) (Yoxlanılıb 18 oktyabr 2015) Website on cat meat in southern China (Yoxlanılıb 18 oktyabr 2015) Кошатина — это вкусно. И наплевать на SARS (Yoxlanılıb 18 oktyabr 2015) "The countries where people still eat cats and dogs for dinner" (ingilis). BBC News UK. 12/04/2017.
Roqaşka-Slatina
Roqaşka-Slatina (sloven. Rogaška Slatina) — Sloveniyanın şərqində bolneoloji (əsasən müalicəvi sular) kurort şəhəri. Sele şəhərindən 45 km, paytaxt Lyublyanodan 82 km məsafədə yerləşdir. Şəhər "Donat Mg adlı müalicəvi suyu ilə məşhurdur. Roqaşka-Slatina — Sloveniyanın və Avropanın ən qədim və məşhur kurort şəhərlərindən biridir. Slatina vadisi qədim zamanlardan məlumdur. Roma imperiyasına aid olan Petovium Celeia adlı yolun qalıqlarının bu ərazidə aşkarlanması, Roqaşkanın Roma dövründən bəri məşhur olmasını ehtimal etməyə əsas verir. Həmin ərazinin yaxınlığında Roma fibulası və qəpikləri aşkar edilmişdir. Həmin vaxtdan etibarən Donat Mg suyunun müalicəvi xüsusisəyyətləri məlum olmuşdur. Bu suyun müalicəsi xassələri barədə əfsanələr yaranmış, ziyarətçilərin sayı artmışdır.