Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bıtoviya İK
"Bıtoviya" Şəhər İdman Klubu (pol. Miejski Klub Sportowy Bytovia Bytów) — Bıtuv şəhərini təmsil edən Polşa futbol klubu. Klub 1946-cı ildə yaradılmışdır. Ev oyunlarını 2,043 tamaşaçı tutumuna malik MOSiR stadionunda keçirir. == Stadion == Komandanın ev stadionu 2012-ci ildə təmir olunmuşdur. Meydançanın ətrafındakı tribunalar tamamlanmışdır. Tamaşaçılıq rekordu 2009-cu ildə Polşa kubokunun 1/8 final matçında 5,000 tamaşaçının müvəqqəti tribunalara toplaşdığı oyunda qeydə alınmışdır.
Daucus kotovii
Yabanı yerkökü (lat. Daucus carota) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yabanı yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur. Yerkökünün tərkibində orta hesabla 4–12% şəkər, 0,53–2,23% zülal, 0,1–0,7% yağ, 0,54–3,50% sellüloza, 0,4–2,9% pektin maddəsi, 2,3–5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6–1,7% kül olur.
Polygonum kotovii
Polygonum patulum (lat. Polygonum patulum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin qırxbuğum cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik bitkidir. Gövdəsi düz, adətən əsasında möhkəm budaqlarla budaqlanan, 60 sm-ə qədər hündürlükdədir; budaqları çəpinə yuxarı yönələn, nazikdir. Yarpaqları oturaq və ya qısa saplaqlı, yuxarı yarpaqlar lansetvari və ya xətvaridir. Çiçəkləri qırmızımtıl rənglidir. Çiçəkyanlığı demək olar ki, boruvari, bölümləri qırmızıtəhər, bel hissəsi yaşıldır. Toxumcaları 2 mm uzunluqda, yumurtavari, sivri, üçtinli, nöqtəlidir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Çayların kənarlarında, kolluqların arasında, işıqlı meşə talalarında bitir.
Polygonum patulum subsp. kotovii