Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
El Klassiko
"El Klasiko" — İspaniyanın "Barselona" və "Real klubları arasında keçirilən oyunlara verilən ad.. == Tarixi == Daim prinsipiallığı ilə seçilən matçda komandalar arasında ölüm-dirim mübarizəsi dərəcəsində rəqabətin olması həm də siyasi xarakter daşıyır. Səbəbi "Real"ın "Kral klubu", "Barselona"nın isə krala boyun əyməyən katalonların komandası olmasıdır. İki komanda arasındakı ilk oyun 17 fevral 1902-ci ilə təsadüf edir. Hansı ki, həmin vaxt bu matç "El Klasiko" adlanmırdı. İndiyədək ümumilikdə 235 dəfə qarşılaşan komandalardan Barsanın 97, Realın isə 96 qələbəsi var. Qalan 42 oyun bərabərliklə başa çatıb. Bu matçlar ərzində "Real" futbolçuları 340 dəfə "Barsa" qapıçılarını cəzalandıra bilibsə, "Barsa" buna 328 dəfə nail olub. Klublar La Liqa çərçivəsində 160 dəfə üz-üzə gəliblər ki, burda da yenə "Real"ın üstünlüyü var. "Kral klubu" 68 matçdan 3 xalla ayrıldığı halda, "Barselona" 62 dəfə meydanı qələbə ilə tərk edib.