Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kermit
Kermit(protokol)-faylların ötürülməsi üçün asinxron rabitədə istifadə olunan protokol. 1981-ci ildə Kolumbiya Universitetində (ABŞ) Frank da Kruzo tərəfindən işlənib hazırlanıb. Başlıca olaraq informasiyanın mikrokompüterlər arasında ötürülməsi vasitəsi kimi nəzərdə tutulub. Kermit protokolundan telefon xətləri ilə rabitə üçün nəzərdə tutulmuş bir çox proqram paketlərində istifadə olunur. İnformasiya dəyişən uzunluqlu (adətən, 96 bayta kimi) bloklarla (paketlərlə) ötürülür və hər bir paket veriliş xətasına görə yoxlanılır. İdarəedici simvollar ASCII’nin standart çap simvollarına (32-dən 126-dək onluq kodlar) çevrilir və bu şəkildə adresat tərəfindən düzgün oxunacaq riski olmadan göndərilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı,465s.
Leysit
Leysit — mineral, K[AlSi2O6] analsimlə izostruktur olan karkaslı silikat. Adi temperaturda - tetraedr (psevdokub.); 605 0 C-də kubik - β-leysitə keçir. K az miqdarda Na-la əvəz olunur. Kristal­ları - tetraqontrioktaedr, dodekaedr; İkiləşməsi {110} üzrə polisintetik. Ayrılması {110} üzrə qeyri-mükəmməl. Rəngi ağ, boz, tez-tez çoxsaylı möhtəviləri olur. Sərtliyi 5,5-6. Xüsusi çəkisi 2,5. Kaliumla zəngin doymamış əsasi effuziv və hipabissal süxurlarda tapılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Henrix Kleyst
Bernd Heynrix Vilhelm von Kleist(d. 18 oktyabr,1777 -ö. 21 noyabr,1811) — alman şair. Dram, hekayə və novella yazarı. Pyeslərində dram və tragediya üstünlük təşkil edir. Əsərlərində Romantizm cərəyanının izləri görünür. == Həyatı == Şair olmaqla yanaşı, hekayə və novella yazarı olan Heynrix von Kleist 18 oktyabr 1777-ci ildə Frankfurt(Oder)da doğuldu və 21 noyabr 1811-ci ildə Berlindəki "Kleyner Vannsee" gölünün sahilində sevgilisi ilə birlikdə intihar edərək həyatına son qoydu. Az müddətli təhsil həyatından sonra 1792-ci ildə Prussiya ordusuna daxil oldu və 1799-cu ildə leytenant rütbəsi ilə ordudan ayrıldı. Sonradan Viadrina universitetində hüquq və fəlsəfə təhsili aldı.1800-cü ildə Berlindəki Maliyyə Nazirliyində işləməyə başladı. Bir il sonra Parisə ziyarət etdi, ardından İsveçrədə yaşamağa başladı.
Leymin burnu
Leymin burnu — Çukot yarımadasının şərq sahillərində, Berinq dənizi kənarında yerləşən burun. çuk. Ылэймин sözü tərcümədə "qar yığımı" mənasını verir. Bunun səbəbi Uelen və Naukandan Lavrentiya və Nunyamo kəndlərinə gedərkən burun dayanacaq rolunu oynayırdı. Çukçalar həmişə burun ətrafında olan təmiz buzdan su kimi istifadə edirdilər. Burunun qayalıqlarında 7-8 min quş yuva qurur. Quşlar 8 növdə birləşir: berinq qarabatdağı, qütb qağayısı. Burunun qərtb qutaracağında, VI—VIII əsrlər arası dövrə aid dəniz ovçularının yaşayış məntəqəsinin qalıqları aşkarlanmışdır.
Tyerri Lermit
Tyeri Lermit (fr. Thierry Lhermitte; 24 noyabr 1952, Bulon-Biyankur) — məşhur fransız aktyor, rejissor və ssenarist.
Evald fon Kleyst
Paul Lüdviq Evald fon Kleyst (alm. Paul Ludwig Ewald von Kleist‎; 8 avqust 1881[…], Braunfels[d], Reyn əyaləti[d], Prussiya – 13 noyabr 1954, Vladimir mərkəzi həbsxanası[d]) — alman hərb xadimi, general-feldmarşal. Sovet əsirliyində ölən yeganə alman feldmarşalıdır.